Məhkəmə qərarları › İş №3(009)-2373/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2373/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2373/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş 01 noyabr 2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2021-cu il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə daxil olmuş 29.112023-cü il tarixli 1445/197-23 saylı etirazdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin "xxxx" Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC rəhbərliyinin məlumatı və xəbəri olmadan 01 noyabr 2023-cü il tarixdə tərtib etdikləri 3-23/2-6544/2023 tarixli, MN ******* saylı “İnzibati xəta haqqpda protokoF’la Səbail rayon Məhkəməsinə müraciət edərək Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cii maddəsində təsbit edilmiş tələblərin və "xxxx" qanunun pozulması nəticəsində Müəssisə məcburi audit yoxlamasından yayınmışdır.Aşağıdakı əsaslara görə hesab edirik ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "xxxx" tərəfindən tərtib olunmuş 01 noyabr 2023-cü il tarixli, MN 1917894, 3-23/2- 6544/2023 saylı “İnzibati xəta haqqında protokol” üzrə inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC təsərrüfat subyekti olaraq müstəqil təşkilat deyildir və onun hər hansı audit xidməti və s. kimi xidmətlərdən müstəqil surətdə istifadə etmək, müstəqil və ya sərbəst audit dəvət etmək, bu sahədə müstəqil müqavilələr imzalamaq səlahiyyəti yoxdur. Özünün nizamnaməsi əsasında fəaliyyət göstərən Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC büdcə vəsaiti hesabına maliyyələşən tibb müəssisəsidir. Müəssisə uzun müddət Səhiyyə Nazirliyinin nəzdində 4-cü Baş İdarənin tabeçiliyində fəaliyyət göstərmiş, 2007-ci il tarixdən isə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmiş və hal-hazırda da Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti tabeçiliyində fəaliyyət göstərir. XMSK MMC-nin Prezident Administrasiyasında, Azərbaycan Respublikasının Milli Məclisində, Azərbaycan Respublikasının Nazirlər Kabinetində, Azərbaycan Respublikasının Baş Prokurorluğunda və s. dövlət təşkilatlarında tibb məntəqələri fəaliyyət göstərir. Bununla yanaşı ölkəmizə səfərə gəlmiş xarici dövlət başçılarının müşayiəti, müxtəlif dövlət tədbirlərinin keçirilməsində lazımi tibbi xidmətin təşkili də müəssisəmiz tərəfindən həyata keçirilir. Oxşar proseslərin keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin "xxxx" ilkin olaraq Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinə sorğu ilə müraciət ünvanlamalı və Auditor xidməti haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin tələbinə görə təsərrüfat subyektlərində auditor xidmətinin təşkili qaydası müəyənləşdirilməli idi. Eyni zamanda "xxxx" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Bu cür məcburi audit yoxlanılmasından yayınma Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olur ki, qanunvericilikdə məhdud məsuliyyətli müəssisənin birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcud deyildir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC təsərrüfat subyekti olaraq müstəqil təşkilat deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda- inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda məhkəmə (hakim) inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul etməlidir. Beləliklə, Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC barəsində 01 noyabr 2023-cü il tarixdə tərtib olunmuş 3-23/2- 6544/2023 tarixli, MN ******* saylı “İnzibati xəta haqqında protokolda” inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 oktyabr 2023-cü il tarixli 3-23/2-5435/2023 saylı bildirişindən görünür ki Şəxs MMC 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 01 noyabr 2023-cü il tarixdə, saat 15:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, lakin protokol tərtib edilərkən Şəxs MMC iştirak etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC -nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130 və 464-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar