Məhkəmə qərarları › İş №3(009)-2375/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2375/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2375/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində 26.11.2021-ci il, saat 11:42-də, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində Bakı şəhər DYPİ Müşayiət Eskort bölüyünün inspektoru X4 tərəfindən əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, ona məxsus **-MJ-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” minik markalı avtomobilin qeydiyyat nişanı (nömrəsi) mövcud standartlara uyğun deyildir və buna görə də AR İXM-nin 342.7-ci maddəsi ilə İXP ******* nömrəli, 26.11.2021-ci il tarixli protokol tərtib olunmuş və avtomobili əsassız və qanunazidd olaraq cərimə meydançasına yerləşdirilmişdir. Yol polisi əməkdaşına dəfələrlə etirazını bldirsə də, o, buna məhəl qoymamış və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Belə ki, sözügedən protokolla razı olmadığından protokolu imza etməkdən imtina etmiş və imzalamamışdır. Qanunvericiliyin tələbindən və dövlət standartlarında nəzərdə tutulmuş məcburi tələblərin heç biri tərəfindən pozulmamışdır, əksinə, qeydiyyat nişanı bütün standartlara cavab vermişdir.Bununla belə, protokol tərtib edən yol polisi əməkdaşı tərəfindən protokolun tərtib edilmə qaydası da pozulmuşdur. Belə ki, protokolun 26.11.2021-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, 10 gündən çox müddət keçdikdən sonra 07.12.2021-ci il tarixdə inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Halbuki inzibati xətanın törədildiyi gündən bir gün müddətində inzibati xəta haqqında qərar da qəbul edilməli və barəsində inzibati tədbiri tətbiq olunan şəxsə göndərilməli idi. Bundan əlavə, inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) qanunvericiliklə nəzərdə tutulmuş qaydada, inzibati xətanın törədildiyi gündən bir gün müddətində deyil, 10 gündən çox müddət keçdikdən sonra sms vasitəsi ilə mənə məlumat verildiyindən, müddətin keçməsi əsası ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Qərarı o Bakı şəhər DYPİ-dən şəxsən yaxınlaşmaqla 13.12.2021-ci il tarixdə əldə etmişdir. Bununla da, hazırkı iş üzrə məsuliyyətə cəlbetmə müddəti də keçmişdir və bu əsasla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək göstərmişdir ki, **-MJ-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” minik markalı avtomobili 2009-cu ildən idarə etmişdir və həmin vaxtdan dövlət qeydiyyat nişanı üzərində olan bayraq dalğalı formada olmuşdur. Yol patrul xidməti tərəfindən saxlanılaraq avtomobili cərimə meydançasına aparılmışdır. Onun tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Buna görə də Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Qanuni nümayəndə şikayətə etiraz edərək izahatında göstərmişdir ki, standartlara əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üç rəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər” dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minmişdir. Yol hərəkəti haqqında qanunun 27-ci maddəsində nəzərdə tutulmuş, həmçinin 1 saylı əlavənin 10-cu bəndində Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısına aid edilmişdir. Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur. X2 cavab verməyən dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyi üçün düzgün olaraq şəxsin barəsində İXM-nin 342.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 26 noyabr 2021-ci il tarixdə, saat 11:42-də radələrində Bakı şəhəri, Z.Əliyeva küçəsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yol hərəkəti haqqında qanunun 27-ci maddəsinin XVİİ bənd 2-ci hissəsinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər” dövlət standartına əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur. Qeyd edilən standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 26 noyabr 2021-ci il tarixdə, saat 11:42-də radələrində Bakı şəhəri, Z.Əliyeva küçəsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, tərəflərin izahatları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X5 qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti qaydalarına riayət etmək, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 26 noyabr 2021-ci il tarixdə, saat 11:42-də radələrində Bakı şəhəri, Z.Əliyeva küçəsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar