Məhkəmə qərarları › İş №3(009)-2375/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2375/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2375/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10134/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx xxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10134/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 nömrəli evin, 37 saylı mənzilin sakini, iş üzrə cavabdeh Şəxs inşa etdiyi divar sökülməlidir. İcra sənədi xx.xx.2018ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə icra sənədinin icrası ilə bağlı Səbail rayonu, Murtuza Muxtarov küçəsi, 9 nömrəli evin 37 saylı mənzilinə baxış keçirilməsi üçün mütəxəssis göndərilməsi üçün sorğu məktubu göndərilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən daxil olmuş məktubda rəyin tərtib edildiyi bildirilmişdir. xx.xx.2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alındı, izahatında icra sənədində göstərilən tələbi icra edə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 3(009)-656/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə təyin edilmişdir. 09 iyun 2023cü il tarixdə borclu Şəxs məcburi gətirilməsi haqqında qərar qəbul edilərək borclunun faktiki yaşayış ünvanına göndərilmişdir. Sözügedən icra sənədi üzrə 06 iyul 2023-cü ildə borclunun məcburi qaydada gətirilməsi barədə təqdimat Səbail rayon məhkəməsinə göndərilmiş, Səbail rayon məhkəməsinin 8(009)-230/2023-003 saylı, 04 avqust 2023-cü il tarixli qərardadına əsasən borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilmişdir. Qərardadın icra edilməsi məqsədi ilə 01 sentyabr 2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. İcra sənədinin icrası ilə bağlı 24 oktyabr 2024-cü il tarixdə iş üzrə cavabdeh Şəxs yenidən şöbəyə dəvət olunmuş və ondan izahatı alınmışdır. Cavabdeh izahatında bildirdi ki, mənim inşa etdiyim divar binanı qəzalı vəziyyətdən qoruduğu üçün sökməmişəm. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməsinin mümkün olmadığını bildirərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Maddənin məzmunundan göründüyü kimi altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Şəxs xx xxxx 1959-cu il təvəllüdlü olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, o, altmış beş yaşına çatdığından qanunvericiliyin tələbinə uyğun olaraq onun barəsində inzibati həbs tətbiq edilməsi istisna edilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar