Məhkəmə qərarları › İş №3(009)-2376/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2376/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2376/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Bravo” marketdə xx.xx.2024-cü il tarixində ibtidai sinif üçün 12 vərəqli dəftərin qiymətinin 0.10 manat göstərilməsinə baxmayaraq kassada 0.26 manat alınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X4 protokolda qeyd edilənləri müdafiə edərək Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən birinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz təqdim edərək, bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Aniinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin Protokolda istinad edilən inzibati xətanın mahiyyətinə əsasən, Bakı şəh. Səbail rayonu, Xəqani küçəsində yerləşən “Bravo” marketdə xx.xx.2024-eüil tarixdə ibtidai sinif üçün 12 vərəqli dəftərin piştaxtada qiymətinin 0.10 manat qeyd olunmasına baxmayaraq, kassada 0.26 manata hesablanaraq satılmışdır. İlk olaraq bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur“...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə, uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Hazırki məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, Şirkətin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. İş materiallarında olan protokolda ibtidai sinif üçün 12 vərəqli dəftərin piştaxtada qiymətinin 0.10 manat qeyd olunmasına baxmayaraq, kassada 0.26 manata satıldığı qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyirik ki, qeyd olunan tarixdə məhsullar rəfdən toplanılıb tədarükçüyə iadə olunan zaman müştəri həmin məhsulu almışdır. Müştərinin aidiyyəti dövlət qurumuna müraciətindən sonra xx.xx.2024-cü il tarixdə mağaza müdür müavininə müraciət olunmuş, əməkdaş cavab olaraq bildirmişdir ki, müştəri ödəniş qəbzi ilə mağazaya yaxınlaşdıqdan sonra tərəfindən baxış keçirilərək, əgər qiymət fərqinin mövcudluğu müəyyən olunarsa, fərq müştəriyə qaytarılacaqdır. xx.xx.2024-cü il tarixdə mağaza rəflərində qeyd olunan məhsul mövcud olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Sevinc Fomenkonun istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış elektron şikayətinin məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixində ibtidai sinif üçün 12 vərəqli dəftərin qiymətinin 0.10 manat göstərilməsinə baxmayaraq kassada 0.26 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 139 nömrəli çekdən görünür ki, 12 vərəqli dəftərin qiyməti 0.26 manat olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X3 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Bravo” marketdə ibtidai sinif üçün 12 vərəqli dəftərin qiymətinin 0.10 manat göstərilməsinə baxmayaraq kassada 0.26 manata hesablanaraq satılması faktı müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi .şulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən İnzibati binasında xx.xx.2024-cü il tarixdə saat 11:00-dan 12:00-dək sözügedən protokolun tərtib edilməsində səlahiyyətli nümayəndənizin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) iştirakını təmin etmələri (otaq nömrəsi: 627, əlaqələndirici şəxs: Yusif Hüseynov, tel.:***-***-**-**) xahiş edilmişdir və inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi X5 öz imzası ilə iştirakını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasıdır. Fiziki şəslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdar” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 19.2.12-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar