Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2377/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 104/6, ev 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Abbas Səhhət küçəsi, 59/61, mənzil 67 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 13.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 06.12.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən “Şalimar” otelində bir nəfər şəxsin “Covid 19” pasportu yoxlanılmadan müştəri qismində daxil olması faktı aşkar edilmiş və vəzifəli şəxs Şəxs İXM 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X3 protokolu müdafiə edərək göstərmişdir ki, 06.12.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində küçəsində yerləşən “Şalimar” otelində bir nəfər şəxsin “Covid 19” pasportu yoxlanılmadan müştəri qismində daxil olması faktı aşkar edilmişdir. Buna görə də vəzifəli şəxs Şəxs İXM 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirdi ki, 2019-cu il tarixdən "xxxx" MMC-nin direktorudur. 06.12.2021-ci il tarixdə Pakistan İslam Respublikasının vətəndaşı Ömər Ərşad yaxınlaşaraq iki nəfərlik otağı sifariş edib 40 manat ödəyərək otağa yerləşmişdir. Bir neçə dəqiqə sonra bir qadın yaxınlaşaraq Ərşadın qonağı olduğunu bildirmiş, gecə növbəsində çalışan işçi “Covid- 19” pasportunu təqdim etmiş, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığından təqdim edə bilməmişdir. Həmin vaxt “e-təbib” portalında texniki nasazlıq olduğu üçün portalda həmin şəxsin adını,soyadını, atasının adı yazıb yoxlamaq imkanı olmamışdır.Həmçinin həmin şəxs bildirmişdir ki, təxminən 15-20 dəqiqiədən sonra o öz şəxsiyyət vəsiqəsini “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə otelin işçisinə göndərəcəyini bildirmişdir. Texniki nasazlığın aradan qaldırılması ilə bağlı onlar “e-təbib” mərkəzinə müraciət etmişlər. X5 otağına keçdikdən təxminən 15-20 dəqiqədən sonra otaqdan səs-küy gəlmişdir. O həmin vaxt oteldə olmamışdır, otelin əməkdaşı ona zəng edərək səs-küy barədə xəbər vermişdir. O da otelə gələrək Pakistan İslam Respublikasının vətəndaşı Ömər Ərşadla gələn qonağın arasında münaqişənin baş verdiyini şahidi olmuş və o da münaqişə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gələrək baş verən hadisəni araşdırmışlar. Bir neçə gündən sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bildirmişdir ki, portala çıxışları olmadığından möhürlü sənədə baxaraq qonağın otelə daxil olmasına icazə verilib. İşçi tərəfindən Covid-19 pasportu şəxsiyyət vəsiəsi ilə eyniləşdirilməyib. Qonağın şəxsiyyət vəsiqəsinin üzərində olmadığı bildirdiyi üçün şəxsiyyəti eyniləşdirilmədiyini bildirdi. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 06.12.2021-ci il tarixli raportdan görünür ki, 06.12.2021-ci il tarixdə 04:22-də DİN 102 xidmətindən daxil olmuş ********* saylı məlumata görə Bakı şəhəri, Səbail rayonu “Şalimar” otelində yaşayan Ərşad Ömər tanımadığı şəxsin onun qaldığı otağın qapısını sındırmış, 200 manatını götürmüş və hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan 13.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 06.12.2021-ci il tarixdə H.Z.Tağıyev küçəsində yerləşən “Şalimar” otelində bir nəfər şəxsin “Covid 19” pasportu yoxlanılmadan müştəri qismində daxil olması halı aşkar edilmiş və vəzifəli şəxs Şəxs İXM 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş elektron müraciətə əsasən Əliyev X2 Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək “Şalimar” otelə daxil olan müştərilərin vaksin və immunitet sertifikatlarının yoxlanılması üçün icazə verilməsinə köməklik göstərilməsi barədə müraciəti əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda subyektin hərəkətlərinin nədən ibarət olması və ya nədə ifadə olunmasının əlamətləri göstərilməmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, 06.12.2021-ci il tarixdə H.Z.Tağıyev küçəsində yerləşən “Şalimar” otelində vaksin və immunitet sertifikatının yoxlanılması üçün portala çıxış olmadığından qeyd edilən şəxsin “Covid 19” pasportu əsas götürülərək otelə daxil olmasına icazə verilmişdir. Həmçinin hadisə baş verən zaman 03:00 radələri olmuşdur. Bu hal isə Şəxs, yəni “vəzifəli şəxsin öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinin nədən ibarət olması” - bu faktın araşdırılması diqqətdən kənarda qalmış və əhəmiyyət verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hansı hərəkətlərinə görə inzibati məsuliyyətə cəlb edilməsini və barəsində tənbeh tədbirinin tətbiq edilməsini şərtləndirən əsasların mövcud olduğu müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, həm onun təqdim etdiyi elektron müraciət ilə, həmçinin iş materilları ilə Şəxs vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi halı müəyyən edilmir. Belə olan halda isə Şəxs inzibati xətasının nədən ibarət olması və ya nə də ifadə olunması əlamətləri aydın deyil. Bu hal isə özü-özlüyündə vəzifəli şəxs tərəfindən inzibati xətanın törədilməsini şübhə altına alır. Halbuki, qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda qeyd edilən Şəxs tərəfindən karantin qaydalarının pozulması müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2377/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2377/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver