Məhkəmə qərarları › İş №3(009)-2377/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2377/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2377/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndə və vəkili X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonu, Satıroba kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və X4 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13 noyabr 2023-cü il tarixli, MN serialı ******* №-li inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2512/2019-007 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1969-ci ildə anadan olmuş və ünvan 1 qeydiyyatda olan və yaşayan borclu Şəxs 72041 ABŞ dolları məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, borclu icra sənədində qeyd olunan ünvanda yaşamir. Tərəfimdən həmin ünvana baxış keçirilmiş və akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə borclunun axtarışına dair qərar qəbul edilərək Səbail RPl-nə göndərilmişdir. Borclunun adına olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixdə Səbail rayon məhkəməsinə təqdimat göndərilmişdir. Həmçinin daşınar əmlakı (avtomobil) axtarışına dair qərar qəbul edilərək xx.xx.2021-ci il tarixdə BDYPl-nə göndərilmişdir. Səbail rayon məhkəməsinin 8(009)_176/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borcluya məxsus “X9” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qərardad icra üçün BDYPi-nə göndərilmişdir. Lakin sözügedən avtomobil borclunun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. EMF sistemindən alınan məlumata əsasən borclu xx.xx.2021-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş və bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəməyə göndərilmiş və Səbail rayon məhkəməsinin 8(009)-50/2022 saylı, 11,02.2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə borclu barəsində protokol tərtib edilərək məhkəmə qarşısına çıxarılmış və 15 sutka həbs edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1842/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM 528.1 maddəsi ilə Şəxs təyin edilmiş 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri 500 manat məbləğində cərimə ilə əvəz edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra vərəqəsinin tam şəkildə icra olunmamasında özünü təqsirli bilir və cari ilin son ayının 15-nə kimi borcunu tam şəkildə ödəyəcəyinə söz verir. Belə ki, sözügedən icra sənədinin icrasını yerinə yetirmək üçün hazırda yaşadığı mənzili satışa çıxarmış və əldə olunacaq pulla tələbkara olan borcunu tam şəkildə ödəyəcəkdir. İcra sənədinin icra olunması üçün həbslə bağlı olmayan inzibati tənbeh növünün seçilməsin məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X5 borclunun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən hər hansı ödəniş etmədiyini bildirmiş, bununla bağlı keçən il məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi borclu barəsində inzibati həbs növündə tənbeh tədbiri seçmiş, lakin qərardan apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarını dəyişdirərək 500 manat inzibati cərimə növündə tənbeh tədbiri seçmişdir. Lakin borclu sonuncu məhkəmədən 1 il keçməsinə baxmayaraq, hələ də icra sənədini tam şəkildə yerinə yetirmir. Buna görə də, borclu barəsində qanuni tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar