Məhkəmə qərarları › İş №3(009)-2379/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2379/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2379/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli 00100-2513/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasından 34EE5275/34BRY103 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7100 sorğu nömrəli 06.07.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 06.11.2021-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş səhiyyədə istifadə üçün nəzərdə tutulmuş 1 ədəd istifadə olunmuş “X RAY TUBE-rentqen borucuqları” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Araşdırma zamanı Şəxs etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O izahatında şirkətin ünvanına 34EE5275/34BRY103 nömrəli nəgliyyat vasitəsilə gətirilmiş 1 ədəd istifadə olunmuş X RAY TUBE rentgen borucugları yükləri **********7100 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca goyulduğunu, həmin yükləri xəstəxanada istifadə etmək məqsədilə gətirdiklərini, lakin yükə dair bəzi sertifikat sənədlərini əldə edə bilmədiklərini, həmin sənədləri əldə edə bilmədikləri və yükün xarab olduğu üçün bəlkə həmin yükləri geri qaytaracaqlarını, yüklər saxlanca qoyularkən Nəsimi rayonu, Novruzov qardaşları 19 ünvanında “Avrasiya” klinikasına boşladıldığını, lakin daha sonra gömrük əməkdaşlarına məlumat verilmədən yüklərin yer tutduğu üçün yerinin dəyişdirilib Bakı ş. Binəqədi rayonu, Məmmədxan 90 ünvanına aparıldığını, həmin yükün orada istifadəsiz və toxunulmaz şəraitdə saxlanıldığını bildirmişdir. Bakı Baş Gömrük idarəsinin Təhqiqat şöbəsinin əməkdaşları və "Med Corporation” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC tərəfindən **********7100 sorğu nömrəli, 06.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda yerləşdirilmiş yüklərə baxış keçirilmiş və yüklərin toxunulmaz və istifadəsiz olması barədə tərəfimizdən 08.12.2021-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən həm saxlanc müddəti pozulmuş, həmçinin gömrük nəzarəti altında olan malların verləri dəyişdirilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən **********7100 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti 06.11.2021-ci il tarixində bitmiş, lakin şirkət tərəfindən bu malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan 08.12.2021-ci il tarixli Aktdan görünür ki, 08.12.2021-ci il tarixdə saxlanca qoyulmuş 1 ədəd ”X RAY TUBE-rentqen borucuqları”na baxış keçirilərkən həmin yüklərin istifadəsiz, toxunulmaz vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları Şöbəsindən daxil olmuş 34/012/029722 saylı 15.11,2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasından 34EE5275/34BRY103 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7100 sorğu nömrəli 06.07.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 06.11,2021-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş səhiyyədə istifadə üçün nəzərdə tutulmuş 1 ədəd istifadə olunmuş “X RAY TUBE-rentgen borucuqları” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, şirkətin ünvanına 34EE5275/34BRY103 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş 1 ədəd istifadə olunmuş X RAY TUBE rentgen borucugları yükləri **********7100 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca goyulduğunu, həmin yükləri xəstəxanada istifadə etmək məgsədilə gətirdiklərini, lakin yükə dair bəzi sertifikat sənədlərini əldə edə bilmədiklərini, həmin sənədləri əldə edə bilmədikləri və yükün xarab olduğu üçün bəlkə həmin yükləri geri qaytaracaqlarını, yüklər saxlanca goyularkən Nəsimi rayonu, Novruzov gardaşları 19 ünvanında “Avrasiya’’ klinikasına boşladıldığını, lakin daha sonra gömrük əməkdaşlarına məlumat verilmədən yüklərin yer tutduğu üçün yerinin dəyişdirilib Bakı ş. Binəgədi rayonu, Məmmədxan 90 ünvanına aparıldığını, həmin yükün orada istifadəsiz və toxunulmaz şəraitdə saxlanıldığını bildirmişdir. Beləliklə, həm iş materialları, həm də Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə görə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 491.3 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar