Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-238/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci ərazi X4 İdarəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci ərazi X4 İdarəsinin baş inspektoru X2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs MMC-ə məxsus mağazada yoxlama keçirilməsi planlaşdırılmışdır. Yoxlama zamanı obyektə yaxınlaşmış, yoxlama aparılması barədə qərar təqdim etmişlər. Lakin Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi sahəsində vəzifələr yerinə yetirilməmiş, yanğın təhlükəsizliyinin vəziyyəti barədə tələb olunan sənədlər təqdim edilməmişdir. Obyektə 4 dəfə yaxınlaşmışlar, lakin müvafiq sənədlər təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində müvafiq inzibati tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, yanğın qaydalarının pozulduğunu bilmək üçün obyektdə yoxlama aparılmalıdır. Sənədlər təqdim edilmədiyi üçün protokol tərtib edilməməlidir. Həmçinin 4 dəfə yox, 3 dəfə yaxınlaşmışlar, bunlardan 2-də sənədlərin çoxluğundan təqdim edə bilməmişlər, 3-cü dəfədə artıq protokol tərtib edərək gəlmişdirlər. Obyekt sahibinə izahat verməyə imkan yaradılmamış, hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən protokolun geri qaytarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, işə əlavə edilmiş X4 Xidməti tərəfindən tərtib edilmiş 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13-xx.xx.2025-ci il tarixdə obyektdə keçirilmiş planlı YTM zamanı obyektdə yanğın təhlükəsizliyi qaydalarının YTQ, 01- 2001 bənd 1.9.1: bənd 1.9.9 tələblərinin pozulduğu faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 0183 nömrəli X3 Aparılması Haqqında qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2025-ci il -xx.xx.2025-ci il tarixlərində planlı yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 0183 nömrəli X5 Aktından görünür ki, obyektdə keçirilmiş planlı YTM zamanı Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində öz vəzifələrini həyata keçirmədiyi aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı Azərbaycan Respublikası X4 orqanının vəzifəli şəxslərinin tələbi ilə müəssisədə yanğın təhlükəsizliyi vəziyyəti barədə tələb olunan sənədləri təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 13-xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də X5 zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması müəyyən olunmuş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də xx.xx.2025-ci il tarixli, 0183 nömrəli X5 Aktı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 518.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-238/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-238/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver