Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2380/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vasif Həsənlinin, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 80/84, mənzil 3-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392306 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Səbail rayon məhkəməsinin 2(009)-432/19 saylı, 08.11.2019-cu il tarixli qətnaməsi ilə ondan X3 xeyrinə 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin manat hesabı ilə tutulması barədə icra sənədi üzrə hazırki vaxtadək hər hansı pul vəsiati ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək göstərmişdir ki, artıq uzun müddətdir icra sənədi icraatdadır, bütün icra hərəkətləri həyata keçirilmiş, borclu Şəxs bu müddət ərzində icra sənədində göstərilən məbləğdən hər hansı bir ödəniş etməmişdir, bu səbəbdən onun barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Musa Ağayevə borcunu etiraf edir, 2020-ci ilin yanvarında o, cinayət məsuliyyətinə cəlb edilmş, 2021-ci ilin sentyabr ayında bəraət almışdır. Borcu qaytarmaq istəyir və torpaq sahəsi mövcuddur, lakin onun yiyəsi vəfat etdiyi üçün vərəsəlik rəsmiləşdirəndən sonra həmin torpaq sahəsini satıb borcu ödəyəcək. Onun 3-cü övladı təzə anadan olmuşdur, qərar qəbul edərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 öz ifadəsində göstərmişdir ki, borclu Şəxs qarşı 2017-ci ildən iddia irəli sürmüş, dəfələrlə məhkəmə araşdırması olmuş, Ağadadaş hər dəfə həmin proseslərə gəlməmiş və yayınmışdır, bu günədək qətnamə ilə tutulması müəyyən edilən pulu ödəməmişdir, lakin hesab edir ki, məhkəmə tərəfindən onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilə bilər. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini, alimentlə əlaqədar yaranmış borc məbləgini, onların yaranma səbəbini, borcun böyük hissəsinin ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində həbslə əlaqədar olmayan cəza verilməklə cəzalandırılmalıdır. AR Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün, onun əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 528.1- ci maddəsinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini və yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2380/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2380/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver