Məhkəmə qərarları › İş №3(009)-2382/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2382/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2382/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 13 oktyabr 2023-cü il tarixli 00100-02667/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Fransa Respublikasından Şəxs MMC-nin ünvanına GA062LG/WW778V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli SO- A12306779 nömrəli invoysla idxal edilmiş yük BBGİ-də xx.xx.2023-cü il tarixli **********7915 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. xx.xx.2023-cü il tarixində Şəxs MMC-nin Bakı şəhəri, Heydər Əliyev prospekti, 8-ci köndələn 2 ünvanında yerləşən anbarında qeyd edilən yükə gömrük yoxlaması keçirən zaman GA062LG/WW778V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş gömrük təminatının gömrük orqanının xəbəri olmadan pozulduğu aşkar edilmişdir. Lakin nəqliyyat vasitəsində olan faktiki yükün gömrük bəyannaməsi ilə uyğun olduğu müyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5299/2023 saylı qərardadı ilə Şəxs MMC barəsində tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli 00100- 02667/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxs tərəfindən gömrük qaydaları əleyhinə olan hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsi, yəni nəqliyyat vasitəsinə vurulmuş gömrük təminatının gömrük orqanının xəbəri olmadan pozulması faktı Şəxs MMC-nin Bakı şəhəri, Heydər Əliyev prospekti, 8-ci köndələn 2 ünvanında yerləşən anbarında aşkar edilmişdir. Nəzərə alsaq ki, Şəxs MMC qeyd olunan inzibati xətanı- nəqliyyat vasitəsinə vurulmuş gömrük təminatının gömrük orqanının xəbəri olmadan pozmaqla hərəkətliliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi xətanın faktiki törədildiyi ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs MMC-nin Bakı şəhəri, Heydər Əliyev prospekti, 8-ci köndələn 2 ünvanında yerləşən anbarının olduğu yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar