Məhkəmə qərarları › İş №3(009)-2383/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2383/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2383/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli 13000-01377/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********6531 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların müqabilində 6700.00 ABŞ dolları məbləğində valyuta "xxxx" MMC-nin müvəkkil bankdakı hesabına köçürülməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Türkmənistan Respublikasına göndərilən 1 yer, netto çəkisi 1433 kq, invoys dəyəri 6700.00 ABS dolları olan “Dolamaçarxlar” adlı yük **********6531 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerleşdirilmişdir. Həmçinin, bəyannamənin 20-ci qrafasında ödəniş üsulu kimi “002” (malın dəyəri sonra ödənilməsi, ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə) qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. "xxxx" MMC (VÖEN: **********) terefinden xx.xx.2023-cÜ il tarixli **********6531 sorğu nömreli gömrük bayannaməsi üzre 6700,0 ABS dolları məbləğində olan mallar konsiqnasiya yolu ilə Türkmənistan Respublikasına ixrac edilmişdir. Lakin həmin malların müqabilində ödənilməli olan vəsaitin müvafiq qaydada hüquqi şəxsin Azərbaycan Respublikasinin müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Bu barədə "xxxx" MMC-nin ünvanına 3-33-3200/2- 001555/2023 nömrəli, xx.xx.2023 tarixli bildiriş mektubu ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 inzibati xəta etiraf edərək bildirmişdir ki, Türkmənistan Respublikasında yerləşən şirkətə göndərilən mallar xarab çıxdığı üçün, həmin şirkət valyutanı şirkətin müvəkkil bankdakı hesabına köçürməmişdir. Şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmədən yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, "xxxx" MMC-yə (VÖEN: **********) tərəfindən **********6531 gömrük bəyannaməsi üzre 6700.00 (11 390.00 manat) ABŞ dolları dəyərində malları Deniz Nəqliyyatı ve Enerji Resursları Baş Gömrük İdarəsində konsiqnasiya yolu ile ixrac prosedurunda rəsmiləşdirilmişdir. Həmin müddətinin bitməsinə baxmayaraq, gömrük bəyannaməsinin 20, 24 ve 37-ci qrafalarını əsas getirərək 180 gün ərzində ixrac olan mallar üçün ödənilməli olan cemi (6 700.00 ABŞ dolları 11 390.00 AZN) vəsait müvəkkil bankda şəxsin aidiyyəti hesabına ixrac müqaviləsi üzrə xarici valyuta daxil olmamışdır. Həmçinin qayıtmayan vəsaitlər barəsində müəssisəyə 3-33-3200/2-001555/2023 saylı xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********531 nömrəli gömrük bəyənnamədən görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına 01 yer, netto çəkisi 1433 kq olan dolamaçarxlar ölkə ərazisinə daxil olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ixracatçı "xxxx" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 6700 (altı min yeddi yüz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində, 2010 (iki min on) ABŞ dolları, yəni – 3417 (üç min dörd yüz on yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar