Məhkəmə qərarları › İş №3(009)-2385/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2385/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2385/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Meğri rayonunda anadan olmuş, AR-nın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Aynurə Bayramova tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-497/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Meğri rayonunda anadan olmuş Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-497/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 X3 yanında saxlanılması müəyyən edilsin və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və dərhal icrasına başlanılmışdır. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, lakin borclu tərəfindən qərar icra edilməmişdir. Hazırda borclunun 6600 manat aliment borcu var və tələbkar şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində borclu barəsində məcburi icra tədbirlərinin görülməsini tələb etmişdir. Daha sonra borclunun adma plan mobil nömrələrə SMS bildiriş, qeydiyyat ünvanına xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq o, qərarın icrasından yayınmışdır. Beləki, barəsində axtarış qərarı qəbul edilərək Səbail RPİ-nə göndərilmiş və 8-ci PBnin əməkdaşları tərəfindən borclu şöbəyə təhvil verildikdən sonra izahatı alınmışdır. İzahatında tələbkarın hesabına 150-200 manat məbləğində pul vəsaiti ödədiyini bildirsədə, bu faktın təsdiqinə dair hər hansı qəbz təqdim etməmişdir. Həmin tarixdən yəni xx.xx.2023-cü il tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Aynurə Bayramova izahatında göstərmişdir ki, icra sənədi icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmış, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq borclu borcunu ödəməkdən boyun qaçırmışdır, borcluya qanunun tələbi izah olunmuş, sonra isə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, onun aliment borcu vardır. Həmin borcu ödəməkdən imtina etmir, lakin maddi sıxıntısı və kredit borcu olduğu üçün vaxtında ödəniş həyata keçirməmişdir.kiçik ödənişlər etsə də, tələbkarla razılığa gəlmişdir ki, yaxın zamanlarda ödənişləri edəcək. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar X6 göstərmişdir ki, borclu Şəxs ödəmədiyi aliment borcu var. Hazırda onunla razılaşmışdır ki, yaxın vaxtlarda borcu ödəyəcək. Məhləmədən onun razılığını nəzərə alınmasını xahiş edir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə tərəfindən müəyyən olunur ki, barəsində inzibati protokol tərtib olunmuş şəxs həmçinin üzürsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Onun banklar qarşısında öhdəliyinin olması aliment borcunun tam həcmdə ödənilməməsinə səbəb olmuşdur. Borclu məhkəmədə borcu yaxın zamanlarda ödəyəcəyini, tələbkar isə bununla razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxstqt əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi təzahür edən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar