Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2387/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə xx.xx.1997-cu ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, subay, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu PB-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Səbail rayon PB-nin 9-cu Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Azneft dairəsinə Qız Qalası tərəfdən gələrək digər istiqamətə keçmək üçün yolun hərəkət hissəsi ilə daxil olmuş, piyada keçidi olmamış, yeraltı piyada keçidi barədə məlumatı da olmamışdır.Polis əməkdaşı onun qanunsuz keçməsi ilə bağlı protokol tərtib etmiş, həmin yerdən uzaqlaşarkən həqiqətən qeyri-etik ifadə işlətmişdir. Onu düzgün etmədiyini etiraf edir. Lakin polisin qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o Azneft meydanı yaxınlığında xidmət apararkən bir nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmayan yolun hərəkət hissəsindən qanunsuz keçməsini görüb onu saxlamış, həmin şəxsin ad soyadını soruşarkən ilkin olaraq bundan imtina etmiş, sonra şəxsiyyətini müəyyən edərək, barəsində AR İXM-nın 338-ci maddəsi ilə inzibati protokol tərtib etmiş, şəxs həmin yerdən uzaqlaşarkən qeyri-etik ifadəni uca səslə səsləndirərək “peysərlər sizin əlinizdən bezmişik” kimi ifadə işlədərək ətrafdakı vətəndaşların diqqətini cəlb edərək ictimai qaydanı pozmuş, ona yaxınlaşıb etik davranışa dəvət etsə də, o, onun qanuni tələblərinə tabe olmamış, qaçmağa can atmış, bununla əlaqədar müvafiq polis bölməsinə məlumat vermiş, polis əməkdaşları ora yaxınlaşaraq həmin şəxsi polis bölməsinə aparmış və orada onun tərəfindən raport tərtib edilmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, iş üzrə video diskə baxış keçirib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməməsi, məsuliyyətdən yayınma, özünü müdafiə xarakteri daşıyır. İş üzrə Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş MN ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati qaydada xx.xx.2023-cü il tarixdə saat 18:00-da tutulduğundan, həbs etmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nin 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-ci il tarixdən saat 18:00-dən hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2387/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2387/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver