Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2390/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 l oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, yaşadığı Badamdar qəsəbəsi İİİ massivində idarə etdiyi Kamaz 5511 markalı maşınla yükdaşıma fəaliyyətiylə məşğul olur. O, xx.xx.2023-cü il tarixində öz maşını ilə mişar daşı daşıyarkən Ekologia və Təbii Sərvətlər Nazirliyinin vətəndaş Xəzər adlı əməkdaşı tərəfindən qeyri qanuni heç bir əsas olmadan saxlanılıb. O, ona yaxınlaşıb niyə şəklini çəkdiyini soruşdu. O, ona dediki ki, ona cərimə yazmaqla xəbərdarlıq edir. O da, ona dediki onun boşaltdığı yük mişar daşıdır. O da, ona bildirdi ki, bu tullantıdır. O mişar daşını şəxsi bir adamın həyətinə boşaldıb.O ev yiyəsini çağırdı. Sizin həyətə boşaltdığım mişar daşını Ekologia işcisi ona cərimə yazmağını bildirdi. Evin yiyəsi gəlib həmin şəxsə bildirdi ki, bu onun şəxsi həyətidir, niyə cərimə yazırsız. O da bildirdi ki, yazmayacaq. Üstündən bir müddət keçəndən sonra ona Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologia və Təbii Sərvətlər İdarəsinə çağırıldı. O ora gedib etirazını bildirdi ki, o mişar daşı boşaldıb. Həmin ərazidə boşaltdığı yükün görüntüləri də var. Yazaraq bildirir ki, onun işinə düzgün baxılsın.Onlar da ona dedi ki, Qafar Ağayev bildirəcəyik ki, buna baxılsın. Ondan sonra, onlar zəng vurub ona dedilər ki, sənə protokol yazılacaq. O da, etiraz edib dedi ki, məhkəməyə müraciət edəcək. Dedilər edin. Ona Şərur rayon İcra Probasiya şöbəsindən zəng vurub dedilər ki, sizə məktub əsasında bildirdilər ki, məktub açılıb. Onun xəbəri olmadan. O da, onlara bildirdi ki, məhkəməyə müraciət edəcək. Özü də İ Qarabağ müharibəsi iştirakçısıdır. Ailədə oğlu da İİ Qarabağ müharibəsi iştirakçısıdır. Ailə vəziyyətidə o qədər yaxşı deyil. AR Ekologia və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologia və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 23 iyun 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, X2 İXM-nin 271-ci maddəsinə əsasən təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulduğundan, hazırkı halda səs-küy və vibrasiya ilə bağlı normaların pozulmasına dair sübutlar olmadığından vəzifəli şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X1 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə barəsində qərar çıxarılmış X1 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsinin tələblərini pozmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığını, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını nəzərə alaraq belə hesab edir ki, X1 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3, 8, 12, 53, 76, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X1 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2390/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2390/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver