Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2392/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 15 noyabr 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə vətəndaş X2 250 manat maddi ziyan vurmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 DİN-nin 102 ZXM-nə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X2 250 manat maddi zərər vermiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. İş materiallarında olan AZA № 018535 nömrəli, 14 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 20:12-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X7, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs 14 noyabr 2023-cü il tarixdə vətəndaş X2 250 manat maddi ziyan vurmasını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilmədiyini göstərmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, günorta saat 15 radələrində Aydın adlı şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Sahil bağında görüşmüş və Aydın adlı şəxs ona 1400 manat borclu olduğu pulu qaytarmışdır. Aydın adlı şəxs ilə görüşdükdən sonra şəhərdə olan tanışlarına baş çəkmiş və saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Diva beauty studioya getmiş, orada lazer və başqa xidmətlərdən istifadə etmiş və salonun müdiri olan Günay adlı şəxsi tanıdığını demişdir. Sonra salonda olan işçilər Günay adlı salonun müdirinə zəng etmiş və o, salonun içərisində olan mağazadan bir neçə ədəd paltar almaq istədiyini bildirmişdir. Bundan sonra Günay adlı şəxs təxminən 1 saatdan çox müddət ərzində salona çatmış və o, seçdiyi əşyaların qiymətini soruşduqda ona bunların hamısının 1400 manat etdiyini bildirmiş və o, cibində olan pulları çıxarıb verdikdə Günay Hüseynova ona bu pulların saxta olduğunu demiş və içəridə olan işçiyə polisə zəng etməsini demişdir. Təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları salona gəlmiş və onu PB-yə aparmışlar. Pulun saxta olmasını bilməmiş, həmin məbləği ödəməyə maddi imkanı çatmır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Axundov bağının yanında X2 məxsus olan Diva beauty studio adlı salonda işləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində özünü Aidə kimi təqdim edən Şəxs salona gələrək salonun müdiri olan Günay xanımı tanıdığını bildirmiş, lazer və başqa xidmətlərdən istifadə etmişdir. Daha sonra salonun içərisində olan mağazadan bir neçə paltar almaq istədiyini bildirmişdir. Günay xanıma zəng vurub bu barədə bildirmişlər, Günay xanım salona gəlmiş və Şəxs salonda olan geyim əşyalarından göstərmiş və qiymətini soruşmuşdur. Bundan sonra Günay xanım özünü Aidə kimi təqdim edən şəxsin geyindiyi paltarları hesablamış və hamısının birlikdə 1400 manat pul etdiyini bildirmişdir. Həmin şəxs pulu vermiş və Günay xanım pulun saxta olduğunu anlamış və ona 102 ZXM-nə zəng edib məlumat verməsini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və həmin şəxsi polis Bölməsinə aparmışdır. Baş vermiş hadisə ilə bağlı X2 ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, 14 noyabr 2023-cü il tarixdə, saat 20:12-də inzibati qaydada tutulmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 160 (bir yüz altmış) saat həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156-1-ci maddəsinə əsasən, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələbinə əsasən, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmçinin həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2392/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2392/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver