Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2393/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxslər X9 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pakistan İslam Respublikasının vətəndaşı Şəxs, X8 Respublikasının vətəndaşı Amhed Tanveerin iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Pakistan İslam Respublikasının Gujrat şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasında qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə sahə inspektoru X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Pakistan İslam Respublikasının vətəndaşı Azam X2 rayonunun ərazisində X6 məxsus 150 manat və 10 tümən (İran pulu) pul vahidini oğurlamış, həmçinin sonuncunun dostu X7 məxsus “Xiomi Note 12” markalı mobil telefonu talamışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, törətdiyi əməli etiraf edir. Pakistan Respublikasında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Bakı şəhərində rəsmi iş yeri yoxdur və müxtəlif yerlere qalaraq tūfeyli həyat tərzi sürür. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qaldığı hostelden tanıdığı pakistanlı yoldaşı ile gecə saatlarında “Tarqovu” adlanan ərazidə gəzişirdilər. Bu zaman iki nəfər içkili şəxsin “Tarqovuda” gəzdiyini görmüş ve onlara yaxınlaşaraq münasibət qurmuşlar. Bu zaman həmin oğlanlar evə getmək istədiyini bildirdikdə o, onlara gec olduğunu və yaxınlıqda hostel olduğunu bildirmiş ve onları “Xaqani” Ticarət Mərkəzinin yanında olan hostelə aparmışdır. Həmin hosteldə dostları var idi və ortada içki içirdilər. Bundan sonra onların içkili olmalarından istifadə edərək onlardan telefon və bank kartlarını oğurlamışdır. Oğurladığı telefonu “28 May” ərazisində tanımadığı adama satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə dostu Kamal ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,Tarqovi adlanan ərazidə işdən sonra gəzirdilər. Bir qədər gəzdikdən sonra pivə içmişlər və dalınca viski almışlar. Həmin zaman içkili olmuşlar ve saat gecə 12-ni keçmiş idi. Tarqovi adlanan ərazidə olan zaman iki nəfər Pakistan vətəndaşı onlara yaxınlaşaraq onlarla tanış olmuşdur. Bundan sonra bir pakistanlı onların yanından getmiş və digər pakistanlı isə onlara bildirmişdir ki, onları yaxınlıqda ucuz qiymətə hostelə yerləşdirə bilər. Bundan sonra o və dostu həmin pakistanlı ilə razılaşmış və yaxınlıqda olan hostellerden birinə getmişlər .Hostelə daxil olmuş ve hostelin balkonuna çıxmışlar. Bu zaman masanın üzərində enerji içkiləri və spirtli içkilər olduğunu görmüşlər ve birlikdə içməyə başlamışlar. Bu zaman hosteli işlədən bir qadın onlara yaxınlaşmış və onlarla deyib gülərək onlara qoşulmuşdur. Bu zaman dostu Kamala məxsus olan Xiaomi Note 12 markalı telefonu ilə mahnıya qulaq asırdı. Bir qədər sonra o, hosteldə ayaq yoluna getmiş və üzərində olan əl çantasının masanın yanına qoymuşdur. Təxminən bir neçə dəqiqə sonra geri qayıtmış və masanın üzərinə qoyduğu əl çantasının yerdə olduğunu görmüş və bu zaman da dostu Kamal özünə aid olan mobil telefonunun olmadığını aşkar etmişdir. Bundan sonra çantasını açmış və içərisində bank kartları və 150 manata yaxın pul vəsaitini və dostu Kamalın da “REDMİ 12” markalı mobil telefonunun oğurlandığnı aşkar etmişlər. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında bildirmişdir ki, özünə məxsus “REDMİ 12” markalı mobil telefon Pakistan İslam Respublikasının vətəndaşı Şəxs tərəfindən oğurlanmışdır. Telefonu kredit ilə almış idi, ilk ayın kredit pulunu ödəmiş idi. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən qəbul edilmiş 16 noyabr 2023-cü il tarixli qərarla fakt üzrə X4 DİN “102 Zəng Xidməti Mərkəzi”nə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın müvafiq əməkdaşlara təqdim olunması qərara alınmışdır. 16 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Tarqovu ərazisində X6 məxsus 150 manat və 10 tümən (İran pulu) pul vahidini oğurlamış, həmçinin dostu X7 məxsus “Xiomi Note 12” markalı mobil telefonu talamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 16 noyabr 2023-cü il tarixli, AZA №018514 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Şəxs xx.xx.2023-cü il saat 22:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Pakistan İslam Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Pakistan İslam Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2393/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2393/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver