Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2398/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 oktyabr 2024-cü il tarixli, 00700-00230/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxs tərəfindən gömrük qaydaları əleyhinə olan hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə çəkisi 24068 kq olan “mis ərintiləri - anod" yükü Sumqayıt Gömrük İdarəsində **********5484 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal" xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirilmişdir. Xaricdə emaldan sonra hasilat norması çıxılmaqla 24049,24 kq kimi müəyyən edilmiş "mis ərintiləri - anod" yükünün xaricdə emal əməliyyatlarından sonra xx.xx.2024-cü il tarixli **********4878 sorğu nömrəli, **********6291 sorğu nömrəli və **********6457 sorğu nömrəli gömrük bəyannamələri ilə çəkisi 23972,25 kq olan "saflaşdırılmış misdən katodlar" halında emal məhsulları gömrük ərazisinə idxal olunmuş, lakin xaricdə emal müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra çəkisi 76,99 kq olan emal məhsulu müəyyən edilmiş müddət ərzində təkrar idxal edilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Gömrük İdarəsinin hüquqi ünvanı AZ5004, Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 -dır. Nəzərə alsaq ki, Şəxs MMC qeyd olunan inzibati xətanı mallara dair düzgün olmayan, təhrif olunmuş məlumatların verilməsi ilə hərəkətliliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi xətanın faktiki törədildiyi ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Sumqayıt Gömrük İdarəsinin hüquqi ünvanının olduğu yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli, 00700-00230/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2398/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2398/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver