Məhkəmə qərarları › İş №3(009)-2402/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2402/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2402/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5, zərərçəkmiş şəxs X6, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin böyük icra məmuru X7 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 20 dekabr 2021ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2343/2018-004 nömrəli, 10.07.2018-ci il tarixli icra sənədinə əsasən borclu X4 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədi 31.08.2018-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbi təmin etməyən borclunun məcburi qaydada şöbəyə gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş və Səbail Rayon Məhkəməsinin 8(009)-137/2019 saylı, 11.04.2019-cu il tarixli qərardadı ilə X5 məcburi qaydada Səbail Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün 10.05.2019-cu il tarixli məktubla Səbail RPİ-nə göndərilmiş və Səbail RPİ-nin 09-cu Polis Bölməsinin 30.09.2019-cu il tarixdə şöbəyə daxil olmuş məktubunda X5 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda aşkar olunmadığı qeyd olunmuşdur. Həmçinin, borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanında olarkən V.Babayevin həmin ünvanda yaşamadığı müəyyən olunmuş və bununla bağlı 04.10.2019-cu il tarixli akt tərtib edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X9 barəsində 07.10.2019-cu il tarixli axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. 17.08.2020-ci ildə Səbail Rayon Polis İdarəsinin 09-cu Polis Bölməsinin əməkdaşları tərəfindən borclu saxlanılaraq şöbəyə təhvil verilmişdir. Ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O şöbədə verdiyi izahatında aliment üzrə yaranmış 3596 manatdan 2000 manat ödənilməsi üçün ona 10 (on) gün vaxt verilməsini qeyd etmişdir. Bundan sonra aliment üzrə yaranmış 3596 manat borcun ödənilməsini təmin etmək üçün borclunun İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosesi zamanı 3596 manat borc məbləğindən 1000 manat ödəniş etdiyindən Səbail Rayon Məhkəməsinin 3(009)-1561/2020 saylı 17.08.2020-ci il tarixli qərara əsasən inzibati xəta haqqında işin icraa5tına xitam verilmişdir. Yenidən borclu icra sənədinin icrasından yayındığından onun barəsində 18.11.2021-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda borclunun ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuşdur. 20.12.2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 09-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. X4 icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O şöbədə verdiyi izahatında aliment üzrə yaranmış 4406 manat borcun məbləğindən heç bir ödəniş edə bilməyəcəyini, yalnız işlədiyi təqdirdə borc məbləğini hissə-hissə də olsa ödəyəvəyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb etmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 protokolu müdafiə edərək göstərmişdir ki, borclu X5 borcu 4406 manat təşkil edir, borclu tarixli hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini, hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunduqdan sonra yalnız aliment ödənişini ödəyəcəyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir, odurki borclu X5 inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 bildirmişdir ki, bu günədək borclu X9 müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış və ümumilikdə 4406 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, X5 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 öz ifadəsində göstərmişdir ki, o, hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini, hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunduqdan sonra yalnız aliment ödənişini ödəyəcəyini bildirmişdir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə X5 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2343/2018-004 nömrəli, 10.07.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2343/2018-004 nömrəli, 10.07.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2343/2018-004 nömrəli, 10.07.2018-ci il tarixli icra sənədi üzrə 14 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(009)-5624-2016 saylı qətnaməsi əsasında cavabdeh X4 hər ay sabit pul məbləğində tutulan 117 manat alimentin həcmi artırılaraq, 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində müəyyən edilmişdir və həmin pul vəsaiti X4 hər ay tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X8 ödənilməsi müəyyən edilmişdir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında iş tapa bilməməsi, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə X5 qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi X5 barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X10 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar