Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2402/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, DİN BDYPİ-nin 31 oktyabr 2023-cü il tarixli, EQ 17792536 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin 31 oktyabr 2023-cü il tarixli, EQ 17792536 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2023-ci il tarixdə ASANPAY-da qaydalarının pozulması ilə bağlı EQ 17792536 saylı qərar daxil oldu.Qərarda mənim “X6” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsini “pozduğuma” görə İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə “törətmiş olduğum” xətaya görə məsuliyyət qeyd edilmişdir.Hörmətli məlikəmə heyəti, yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2023-ci il tarixində mənə məxsus olan **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 12 ünvanında yol hərəkəti qaydalarına tam şəkildə riayət olunmaqla park edilmişdir. Bildiyiniz kimi yol nişanları sürücünün hərəkət istiqamətində, görünüş dairəsində, həmçinin hava şəraitindən və sutkanın vaxtından asılı olmayaraq bütün hərəkət iştirakçılarına aydın, ilk növbədə *isə görünən olmalıdır. Qərarda olan şəkillərdə göstərilən 3.27 nişanı hərəkət istiqamətinə tərs (arxa tərəfi ilə) quraşdırıldığına görə, həmin nişanın hansı nişan olduğu mənim hərəkət etdiyim tərəfdən gələn hərəkət iştirakçılarına görünməsi mümkün deyil. Bununla da mən tərəfdən hərəkət edən sürücüyə arxa tərəfi görünən nişanın qadağası şamil oluna bilməz. Hadisə yerinin foroşəkillərini qoşma şəklində bu məktuba əlavə edirəm. EQ 17792536 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli, ərizədən görünür ki, EQ 17792536 saylı qərar üzrə cərimə ödənilib, X2 şikayəti yoxdur.Bununla bağlı məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 dayanma və ya durma qaydalarını pozmuşdur, 31 oktyabr 2023-cü il tarixli, EQ 17792536 saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ-nin 31 oktyabr 2023-cü il tarixli, EQ 17792536 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2402/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2402/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver