Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2403/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail rayon DYPŞ-nin inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayon DYPŞ-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində, saat 20:22-də ünvan 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail rayon DYPŞ-nin inspektoru, polis leytenantı X3, inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:22-də Bakı şəhəri, Səbail rayonu, C.Məmmədli küçəsində etibarnaməsiz və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yolun sağında dayanmış vəziyyətdə olan ** HY *** dövlət qeydiyyat nişanlı Ravon markalı avtomobilin arxa bamperini sol hissəsinə və qarşıdan gələn toyota prius markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısına və arxa bamperin sol hissəsinə vurmuşdur. İş materiallarında olan X2 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:22də Bakı şəhəri, Səbail rayonu, C.Məmmədli küçəsində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Chevrolet Cruze markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında dayanmış vəziyyətdə olan Ravon markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bamperin sol hissəsinə vurduqdan sonra onun idarə etdiyi nəqliyyat vasitəsinin arxa sol qapı, arxa sol qanadına və arxa bamperin sol hissəsinə vuraraq hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan X4 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:22də Bakı şəhəri, Səbail rayonu, C.Məmmədli küçəsində özündə məxsus Ravon markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil park vəziyyətində olarkən Chevrolet Cruze markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən arxa bamperin sol hissəsi vurularaq hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan yol nəqliyyat hadisəsi sxemindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, C.Məmmədli küçəsində hərəkətdə olan Chevrolet Cruze markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili qarşıda hərəkət edən Ravon markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə Toyota Prius markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2403/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2403/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver