Məhkəmə qərarları › İş №3(009)-2414/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2414/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2414/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023 tarixində saat 08:17 də Bakı şəhəri Əbdülvahab Salamzadə 28 küçəsində Hyundai Elantra markalı 990R010 dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun sol zolağında hərəkətdə olarkən işıqforun qadağan edici işığı yandı və oda normal olaraq hərəkəti dayandırdı. Sonra arxasında dayanan yol patrul xidmətinin əməkdaşı yolu açmağını tələb etdi. Və oda yolun işıqforun qadağan edici işığının olmasına baxmayaraq operativ nəqliyyat vasitəsinə yol vermək üçün hərəkətinə davam etdirib yol sağ zolağına sıxıldı və yol verdi. Bundan sonra yol patrul xidmətinin əməkdaşı xidməti avtomobilindən ona əli ilə işarə etdiki yolun kənarında maşını saxlasın. Sonra inspektor ona yaxınlaşıb əvvəl başqa qayda pozuntusu ilə məni ittiham etdi p deyəndən sonra ki o, o yol ilə deyil Salamzadə küçəsi ilə hərəkətdə olub inspektor xidməti maşınına yaxınlaşaraq nə isə danışıb yenidən ona yaxınlaşdı və nişanın tələbin pozduğumu iddia etdi və oda hansı nişanın tələbin pozmuşam dedikdə, bilmirəm şikayətiniz varsa protokolu qərarsız yazıb verim şikayət edərsiniz narazılığınız varsa əgər, oda bəli qərarsız yazın dedi . İnspektor İXP5706679 nömrəli protokolu yazdı və o ondan protokolu təqdim etməsini istədi, o isə başını çevirib geddi nə qədər çağırsada baxmadı. xx.xx.2023 cü il tarixində protokoldan şikayət ərizəsi yazdı cavab gəlmədi və sonra 2-3 dəfə Bakı şəhəri X7i idarəsinə yaxınlaşdı ordada şikayətə baxılır dedilər. xx.xx.2023 tarixində protokolunun qərarı qüvvəyə mindi və 902 qaynar xəttinə zəng vurub bu barədə ona məlumat verməlirsini istədi onların dedikləri isə protokolun qərarının qüvvəyə minməyi sizə maneə yaratmıyacaq. xx.xx.2023 tarixində protokol dəbbə pulu hesablanmağa başladı və o, xx.xx.2023 cü il tarixində Bakı şəhər X7i idarəsinə yaxınlaşaraq protokolun qərarını onlardan götürdü.Şikayətin baxılmçasına xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X5 tərəfindən xx.xx.2023-cü il tarixində, saat 08:17-də Ə.Salamzadə 28 ərazisində nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X5 şikayətin onun yaşayış yeri (Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi Q.Qarayev küçəsi ev 3, mənzil 28) üzrə Səbail rayon Məhkəməsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhər X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar