Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2414/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan "X10 Rover" markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Parlament prospekti, “Elmlər Akademiyası” metrostansiya istiqamətində hərəkətdə olarkən sağında ayrı zolaq ilə ondan paralel hərəkətdə olan "X9" markalı, 77-JP- 961 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü zolağın yalnız düz istiqamətdə hərəkəti icazə verdiyini vecinə almayaraq, dönmə işığını qoşmadan sola dönməsi üçün manevr edərkən avtomobilin sağ ön qapısını, sağ arxa qapı və sağ arxa yan qanadı əzmişdir. Hadisə yerinə DYPİ-nin əməkdaşı X8 yaxınlaşaraq şifahi izahatları alaraq və ümumi vəziyyəti görərək xx.xx.2024-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsinə yaxınlaşmağını tələb etmişdir. Bununla əlaqədar qeyd edilən tarixdə Bakı şəhər Baş Polis İdarəsinin 5-ci otağa (X5 otağı) yaxınlaşanda Cəbrayılov İlkin ətraflı araşdırma aparmadan əsasız olaraq bildirirdi ki, guya digər maşının yoluna çıxaraq qəza vəziyyəti yaradaraq baş vermiş qəzada günahkardır və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına) inzibati protokol tərtib edlmişdir. Sözügedən nəqliyyat vasitəsinə zərər vuran şəxsi bir sıra AR "yol hərəkət qaydaları" haqqında qanun 69.5.18 maddəsinin tələbini (1.18 yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır.) pozmuşdur. Bundan əlavə AR "yol hərəkət qaydaları" qanun haqqında 42.5-ci maddəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Buna əsasən hesab edir ki, DYPİ əməkdaşı tərəfindən tərtib edilən İXP6616055 saylı, 11 oktyabr 2024-cü il tarixli protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı, 11 oktyabr 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyim kimi təqsirləndiyi hallar üzrə ətraflı araşdırma, qanuni və məntiqi əsaslar olmadığı üçün tərəfimdən inzibati xətanın törətdiyimə şübhə yaradır. Bu hal isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində 6Y (İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir) əks olunmuşdur. Bundan əlavə qəza zamanı yolda quraşdırılmış qurğulardan videodan yalnız məlum olur ki, tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 53.1.1- ci maddəsinə əsasən (inzibati xəta hadisəsi olmadıqda) İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallardan biridir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Görünən odur ki, sadəcə yol qaydaları bilməyən şəxsin və vəzifə səlahiyyətlərini pozmuş polis əməkdaşın qanuna zidd əməllərin qurbanı olmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, protokol və qərar qanunsuz olaraq tərtib edilmişdir. Yolla düzünə sol zolaqla hərəkət etmiş, "X9" markalı, **-JP- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə sağ zolaq ilə hərəkət edirdi. Öz zolağı ilə hərəkət edərkən birdən qarşısına çıxmış və avtomobilin sağ ön qapısı, sağ arxa qapısı və sağ arxa yan qanadını əzmişdir. İnzibati xəta hadisəsini törətmədiyi üçün şikayətin təmin edilməsini, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inzibati tənbehin vermə haqqında TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək göstərmişdir ki, sürücü əgər sağ tərəfə dönəcəksə, bu zaman zolağın sağ hissəsini tutmalıdır. Bundan başqa X3 “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 5-ci bəndlərinin tələblərini pozmuşdur. Belə ki, sürücü bir zolaqdan digərinə keçirsə, bu zaman yerdəyişmə etmiş hesab edilir. Qanunvericilikdə düz istiqamət üzrə hərəkət etmə ilə bağlı məhdudiyyət olmasa da, sağa və ya sola dönmə zamanı məhdudiyyətlər vardır. Videogörüntülərdən də X1 qanunun tələblərini pozması aydın şəkildə görünür. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:35-də Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, M.Hüseyn küçəsi ərazisində “X10 Rover Hse minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X10 Rover Hse minik” markalı, **-XP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və "X9" markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı əzilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:35-də Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, M.Hüseyn küçəsi ərazisində “X10 Rover Hse minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üzü sağ tərəfə hərəkət etmək istəyərkən sağ zolaq ilə hərəkət edən "X9" markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zolağına çıxaraq manevr etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:35-də Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, M.Hüseyn küçəsi ərazisində “X10 Rover Hse minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:35-də Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, M.Hüseyn küçəsi ərazisində “X10 Rover Hse minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üzü sağ tərəfə hərəkət etmək istəməsinə baxmayaraq sol zolaqla hərəkət etmiş, habelə sağ zolaq ilə hərəkət edən "X9" markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zolağına çıxaraq təhlükəli manevr etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, M.Hüseyn küçəsi ərazisində “X10 Rover Hse minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdirərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2414/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2414/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver