Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2419/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə işin baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5830308 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:50-də M.Hüseyn 71 küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru, Əli İsmayılovun “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material Bakı şəhəri Səbail Rayon DYPŞ-nin vasitəsilə Səbail Rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(009)- 113/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru, Əli İsmayılovun “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz olduğu üçün ləğv edilmiş, qərarda əks olunmuş hallar üzrə şikayətə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə hüquqi qiymət verilməsi və material əlavə araşdırma aparılması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru, Əli İsmayılovun “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edildiyindən və material əlavə yoxlama aparılması üçün Səbail rayon Polis İdarəsinə göndərildiyindən, xx.xx.2023-cü il tarixli, İXP5830308 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər dair Bakı şəhəri Səbail Rayon DYPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2419/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2419/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver