Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2421/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş Şəxs1 barədə xx.xx.2023-cü il tarixli, İXP5830837 saylı və Şəxs2 barədə xx.xx.2023-cü il tarixli İXP5830856 saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, «Az-Samand» markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs1 əməlində AR.İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından həmin maddə ilə məsuliyyətə alınması rədd edilmiş, «Toyota-Prius» markalı **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs2 əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmaqla Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə həmçinin «Az-Samand» markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs1 əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İ-ci hissəsinin tələblərinə uyğunsuzluq olmaqla Azərbaycan Respublikası İXM-nin 327.8-cü maddəsi ilə onların inzibati qaydada cəzalanmasından ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iki ayrı şəxs barəsində tərtib olunan protokollar bir inzibati işdə göndərildiyi üçün, baxılması mümkünsüzdür. Bu səbəbdən iş baxılmadan geri qaytarılmalı, məhkəməyə iki ayrı inzibati iş şəsklində göndərildiyi təqdirdə işlərə baxıla bilər. Bu səbəbdən təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş Şəxs1 barədə xx.xx.2023-cü il tarixli, İXP5830837 və Şəxs2 barədə xx.xx.2023-cü il tarixli İXP5830856 saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Səbail Rayon DYPŞ–ə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2421/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2421/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver