Məhkəmə qərarları › İş №3(009)-2428/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2428/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2428/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yasamal rayon məhkəməsinin 2(004)-2846/2022-017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini tam icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2846/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana qədər anaları Zərərçəkmiş şəxs himayəsində qalmalıdır. 28 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksəz altı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə borclunun Səbail rayon ərazisində yaşaması səbəbi ilə “İcra Haqqında Qanunun” 24.1.2 maddəsinə əsasən Səbail rayon İcra şöbəsinə göndərilmiş və borclunun ünvan 3 ünvanına çağırış məktubu, mobil nömrələrinə SMS bildiriş göndərilərək şöbəyə çağırılmışdır. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə yaxışlaşaraq izahatı alınmış, izahatında bugünədək 2370 manat ödəniş etdiyini və hazırda 5350 manat aliment borcu təşkil etdiyini, hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədinin icrasını tam şəkildə İcra edə bilmir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında daimi iş yerinin olmadığını, günəmuzd olaraq usta kimi işlədiyini, hər gün işi olmadığını, gəlirini az olduğunu, ona görə də aliment borcunu birdəfəyə ödəyə bilmədiyini, hər ay mütəmadi ödənişlər etdiyini, rəsmi olaraq karta ödədiyi məbləğdən əlavə olaraq uşaqlarının ehtiyaclarına da pul xərclədiyini, məsələn sonuncu dəfə uşağa 1500 manat məbləğində telefon aldığını, hazırda hər ay ona görə 100 manat kredit ödədiyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borcundan 200 manat, 21 noyabr 2023-cü il tarixdə isə 100 manat ödəniş etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2846/2022-017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana qədər anaları Zərərçəkmiş şəxs himayəsində qalmalıdır. 28 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksəz altı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs bank hesabına 2023-cü ilin fevral ayından başlayaraq hər ay müəyyən məbləğlərdə ödənişlər etmişdir. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Şəxs aliment borcunu ödəmədiyi üçün barəsində tədbir görülməsini və prosesi onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, 2023-cü ilin fevral ayından başlayaraq hər ay müəyyən məbləğlərdə ödəniş etməsini, sonuncu dəfə cari ayda cəmi 300 manat ödəniş etməsini, həmçinin Şəxs izahatında göstərdiyi dəlillərini nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar