Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2433/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1984-cü ildə Füzuli rayonunda anadan olmuş, ailəli, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 21.12.2021-ci il tarixli MN№1191432 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs 13.07.2021-ci il tarixdə vətəndaş X3 tərəfindən təyyarə biletinin alınması məqsədilə onun kart hesabına keçirilmiş 202 manat məbləğində pulu dələduzluq yolu ilə talamışdır. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, Məhbubə xanım üçün Naxçıvana getmək məqsədilə onlayn bilet sifariş vermiş, geri qayıdarkən 1 sərnişin gəlmədiyi üçün bilet ləğv olunmuşdur. Maddi imkanı olmadığı üçün 200 manat məbləğində pulu geri qaytara bilsməmişdir. Məhbubə xanım vaxt verərsə, o, pulu qaytaracaq. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X3 öz ifadəsində göstərmişdir ki, Camaləddini Aidə adlı tanışı vasitəsi ilə Naxçıvana bilet aldığı zaman tanımış, iyun ayının əvvəllərində Naxçıvana toya gedərkən Camaləddinə zəng etmiş onlayn bilet alınmış, geri qayıdarkən yenidən Camaləddinə zəng edərək bilet alınması xahiş olunmuş, biletlərin alınmasını 700 manat pul verilmiş, onun 202 manatı onlayn qaydada bir kart vasitəsilə köçürülmüş, geri qayıdarkən onlara bildirilmişdir ki, biletlər ləğv olunmuşdur, biletləri isə yalnız onu sifariş edən şəxs ləğv edə bilər. Uzun müddət keçməsinə baxmayaraq pul qaytarılmamışdır, o, müəllimədir, Camaləddin barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı Əfqan Əliyev tərəfindən 06.09.2021-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən vətəndaş X1 Camaləddin adlı şəxs tərəfindən aldadılaraq 500 manat pulunun ələ keçirməsi xüsusatını təsdiq edən əsaslı təsdiqedici sənədlər olmadığından həmin epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirmiş naməlum şəxs gələcəkdə müəyyən edildikdə onun barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra olunmaq üçün təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. Səbail rayon Pİ-nin 8-ci PB-nin rəisi S.Həsənov tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli qərara əsasən vətəndaş Hüseynəliyeva Məhbubənin 202 manat pulunu mənimsəyən Şəxs olduğu yer müəyyən edilənədək aparılan inzibati xəta haqqında iş üzrə icraata dayandırılmışdır. Səbail rayon Pİ-nin 8-ci PB-nin sahə inspektoru X.Məmmədli tərəfindən bölmənin rəisi S.Həsənova ünvanlanmış 21.12.2021-ci il tarixli raporta əsasən Şəxs olduğu yer müəyyən olunduğuna görə həmin şəxs barəsində tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 21.12.2021-ci il tarixdən saat 00:58-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 21.12.2021-ci il tarixdən saat 00:58-dən hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2433/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2433/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver