Məhkəmə qərarları › İş №3(009)-2437/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2437/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2437/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin xx.xx.2023cü il tarixli inzibati tənbeh haqqında protokolun ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 noyabr 2023-cü il tarixdə saat 14:35-də Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov küçəsində yerləşən aptekə daxil olmaq üçün ona məxsus Haval Jolion markalı ** GA *** dövlət nömrə nişanlı avtomobili həmin apteklə üzbəüz tərəfdə, yolun sol tərəfində park edib. 3-4 dəqiqədən sonra aptekdən qayıdıb avtomobilə əyləşib getdi. Bundan bir neçə saat sonra aldığı sms-dən ona məlum oldu ki, xüsusi texniki vasitə ilə (dayaqdan asılmış kamera) guya inzibati xəta törətməyi aşkar edilmiş və bu səbəbdən barəsində AR İXM-nin 346.1-ci maddəsinin tələblərinin (dayanma və ya durma qaydalarının pozulması) pozulması əsası ilə xx.xx.2023-cü il tarixli EQ 17804492 №-li elektron protokol tərtib edilmiş və bu protokol əsasında da dərhal barəmdə inzibati tənbeh vermə haqqmda (20 manat məbləğində cərimə) elektron qərar çıxarılmışdır. Hesab edir ki, onun inzibati protokol və onun əsasında çıxarılan electron qərar əsassız və qanunsuzdur. Belə ki, tərəfimdən protokolda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Yəni mən dayanma və ya durma qaydalarını pozmamışam. Belə ki, dayanma və durma qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonrä Qanun) 52-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə ümumilikdə dayanma və durmanı qadağan edən 20-dən çox hal müəyyən edilmişdir. Lakin mənim inzibati məsuliyyətə cəlb edilməyim barədə elektron protokol və qərarda məhz hansı qaydanın (halın) tərəfimdən pozulması barədə məlumat qeyd edilməmişdir. Onu da bildirim ki, electron portalda (asanpay.az) electron qərarın özü DYPİ tərəfindən yerləşdirilmir, yalnız onun nəticə hissəsi, yəni cərimənin təyin edilməsi hissəsi daxil edilir. Bu səbəbdən məhkəmədən zəruri bildiyi halda həmin qərarı baxışa qədər DYPİ-dən tələb etməsini də xahiş edir. O, avtomobilin dayandırılması üsulunda heç bir qayda pozuntusuna yol verməməyinə əmindir. Belə ki, şəkillərdən də görünür ki, yolun sol çiynində dayanma və durmanı qadağan edən nişan və /və ya xətlənmə mövcud deyil, eyni zamanda mən avtomobilimi bir cərgədə saxlamışam. Belə ki, məndən solda heç bir nəqliyyat vasitəsi yoxdur. Sadəcə orda yerləşən obyekt qanunsuz olaraq yola süni maneə qoyduğu üçün (şikayətə əlavə edilmiş şəkilə bax.) mənim avtomobilim qarşıda duran avtomobillərdən bir qədər sağ tərəfə çıxmış kimi görünür. Bu isə pozuntu deyil, çünki dediyim kimi, mən birinci cərgədə saxlamış oluram və nə piyadaların hərəkətinə, nə də yolun hərəkət hissəsinə maneə törədirəm. O zaman cərgə pozuntusu olardı ki, mənim solumda, yəni 1-ci cərgədə avtomobil dayansın, mən isə gəlib ona paralel şəkildə, onun sağ tərəfində durmuş olardım. Avtomobilin banmın qarşıdakı avtomobildən 20-30 sm. sağ tərəfdə görünməsi həmin avtomobilin ikinci cərgədə durması anlamma gəlmir. Qanunda qeyd edilən cərgə anlayışı məhz avtomobil cərgəsini özündə ehtiva edir. Məni isə öndəki və arxadakı avtomobil arasında, yəni bir cərgədə durmuşam. Həmçinin bir daha bildirirəm ki, tərəfimdən heç bir digər dayanma, durma qaydaları da pozulmamışdır. Əlavə olaraq bildirir ki, qanunvericilikdə yolun sol tərəfində məhz bir cərgədə dayanma barədə də bir tələb yoxdur. Bir cərgə tələbi yalnız yolun sağ tərəfi üçün müəyyən edilib. Bundan başqa, Qanunun 55-ci maddəsinin İİ-ci hissəsinin tələblərinə görə dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalmı yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Yəni bu normanın mənasına görə sürücü qadağan edilən və ya hətta hərəkət hissəsində avtomobili məcburi dayandırırsa və qəza dayanması işığını yandırırsa, onu İXM-nin 346.1- ci maddəsi ilə məsuliyyətə cəlb etmək olmaz. Şəkillərdən də göründüyü kimi onun avtomobilinin qəza işıq siqnalı yandırılmış vəziyyətdədir. Sual yaranır: xüsusi texniki vasitə (dayaqdan asılmış kamera) arxasında əyləşən əməkdaş necə müəyyən etdi ki, mən avtomobilimi məcburi dayandırmamışam? Qeyd edilənlərdən göründüyü kimi, barəsində yazılan qeyd edilən protokol və onun əsasında çıxarılmış qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsirim sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanm (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2,-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən X2 şikayət şikayətinə uyğun izahat verərək Bakı şəhər X10 İdarəsinin tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 xx.xx.2023-cü il tarixində, saat 14:35-də Azneft dairəsində “Haval Jolion” markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini park edərkən dayanma və ya durma qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 Azərbaycan Respublikasının İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə inzibati tənbeh haqqında elektron qərar təqdim edilməmişdir. Hətta şikayətində X6 qeyd etmişdir ki, məhkəmə iclasına qədər o qərarı əldə edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş qərar, qanunverçiliklə nəzərdə tutulmuş qaydada X5 təqdim olunmadığından ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,122,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin xx.xx.2023cü il tarixli inzibati tənbeh haqqında protokolu əsasında qəbul edilmiş qərar ləğv edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar