Məhkəmə qərarları › İş №3(009)-244/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-244/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-244/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Binəqədi rayonu, Binəqədi ŞTQ, 2-ci mədən hüquqi ünvanında qeydiyyatda olan vəzifəli şəxs “Şəxs məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən “Premium Pub” obyektində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, yoxlama zamanı suallarla bağlı yanlış məlumat verilmiş,habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin nümayəndəsi Nümayəndə1, protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Nümayəndə2 protokola etiraz edərək, bildirdi ki, inzibati xəta haqqında protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda üç nöqsan göstərilmişdir: yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə mane olunmuşdur. Sadalanan pozuntu hallarının heç biri baş verməmişdir. Belə ki, "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən sahibkarlara münasibətdə X3 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Fövqəladə hallar nazirliyinin X3 xidmətinin işçisi tərəfindən isə yoxlama zamanı sözügedən qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, yoxlayıcıların obyektə daxil olmasından çıxdıqları vaxta qədər bütün prosesin video çəkilişi aparılmışdır. Qanunla da sahibkarın həmin çəkilişi aparmaq hüququ vardır. 20.11. Yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər. Video kadrlardan aydın görsənir ki, yoxlayıcılar heç bir məhdudiyyət olmadan obyektə daxil olmuş və sərbəst şəkildə obyektə baxış keçirmişlər. Yoxlayıcılar tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun aşağıdakı tələbləri pozulmuşdur: - Yoxlamanın aparılması haqqında qərarın surəti sahibkara verilməmişdir. 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Göründüyü kimi yoxlamanın aparılması haqqında qərarın surəti yoxlamaya beş gün qalmış sahibkara göndərilməli idi. Qanun yoxlayıcı orqanın üzərinə bu vəzifəni qoymuşdur. Lakin qanuna əməl olunmamış və sahibkara bu barədə heç bir sənəd göndərilməmişdir. İş materiallarında sadalanan məsələ ilə əlaqədar heç bir sübut yoxdur; -Yoxlayıcılar nə xidməti vəsiqələrini, nə də yoxlama barədə sənədləri sahibkara təqdim etməmişlər və obyektə daxil olarkən də heç kimə belə bir sənəd verməmişlər (videoda öz əksini tapıb). 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Əslində yoxlayıcılar qanunun bu tələblərini pozduqlarına görə, onlar yoxlama obyektinə buraxılmamalı idilər. Lakin humanistlik göstərilərək onların obyektə daxil olub yoxlama aparmasına, baxış keçirtməsinə maneçilik törədilməmişdir. Yəni sahibkar qanuna görə bu yoxlayıcıları yoxlamaya buraxmamaqda haqlı idi. Yoxlama, sahibkar Şəxs və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılmalı idi. Lakin yoxlama zamanı sahibkar obyektdə olmamış, buna baxmayaraq yoxlayıcı orqan yenə də vəzifəsini pozaraq yoxlamanı dayandırmamışdır. Sahibkar Şəxs obyektlə bağlı hər hansı səlahiyyətli nümayəndəsi yoxdur. 18.2. Yoxlamanın aparılması aşağıdakı hallarda və müddətlərdə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən bir dəfə dayandırılır; 18.2.4. yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməsi, özünün və ya yaxın qohumunun xəstəliyi, yaxud ölümü ilə bağlı və ya digər üzrlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadıqda - iyirmi gündən artıq olmayan müddətə. Obyektin bütün sənədləri sahibkarın özündə olduğu üçün 20 dəqiqəlik yoxlama zamanı sənədlərin təqdim edilməsi obyektiv səbəbdən mümkün olmamış və sahibkar olmadığı üçün yoxlayıcının suallarına heç kim cavab verə bilməzdi. Qanun belə halarda yoxlamanın 20 günə qədər dayandırılmasını icbari norma kimi müəyyən etmişdir. Yoxlayıcılar isə qərəzli olaraq qanuna məhəl qoymamışlar. Yoxlama zamanı yoxlayıcı obyektdəki işçidən əsassız olaraq kassa çekini tələb etmiş və ona həmin çek çıxarılaraq təqdim edilmişdir (videoda öz əksini tapıb). 7.2. Yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz. Kassa çekinin yanğın texniki müayinəsinə heç bir aidiyyəti yoxdur və başqa orqanın səlahiyyətinə aid məsələdir. Yoxlamanın nəticəsinə dair yoxlama aktı da sahibkarın iştirakı olmadan tərtib edilmiş və aktın surəti sahibkara təqdim edilməmişdir. 31.6. Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. 31.9. Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. 31.10. Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir. Hətta şərti olaraq əgər sahibkar yoxlama aktını almaqdan imtina etsəydi də, yoxlayıcı üç gün ərzində aktı sahibkara göndərməli idi. Bu vacib tələblərin heç birinə yoxlayıcı orqan tərəfindən riayət olunmamışdır; -Yoxlamadan sonra yoxlayıcı orqan yoxlama materiallarına baxarkən də sahibkarın iştirakını təmin etməmişdir. Bu qanun pozuntularında və qərəzli mövqe tutmaqda yoxlayıcı orqanının nə marağı olmuşdur?! 32.1. Yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. 32.2. Yoxlayıcı orqan sahibkarı və aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borcludur. 32.3. Sahibkar yoxlama materiallarına baxılmasında birbaşa, yaxud nümayəndə və ya vəkil vasitəsilə iştirak edə bilər. 33.3. Yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq sahibkara təqdimedilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır. Beləliklə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbləri kobud şəkildə pozulmaqla keçirilmişdir. Belə bir yoxlamanın isə heç bir hüquqi nəticəsi yoxdur və bununla bağlı bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər ciddi qanun pozuntusu isə inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsidir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə tərtib edilməli idi. Təəssüf ki, qanunun bu vacib tələbi təmin olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çoxsaylı hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarına əlavə olunmuş video kadrlardan aydın görünür ki, yoxlayıcılar obyektdə olarkən heç bir protokol, akt, yaxud digər bir sənəd növü tərtib etməmişlər və obyektə baxış keçirtdikdən sonra oranı tərk edib getmişlər. Göründüyü kimi inzibati xəta haqqında protokol nə sahibkarın iştirakı ilə, nə də yoxlama aparılan obyektdə tərtib olunmamışdır. Belə olan halda sahibkar Şəxs guya protokolu imzalamaqdan imtina etməsini göstərmək tamamilə əsassızdır və bu xüsusat iş materialları ilə sübut olunmur. Beləliklə icrası məcburi olan bu tələblərə Fövqəladə hallar nazirliyinin X3 xidməti tərəfindən əməl edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuş, nəticədə Şəxs barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə hallar nazirliyinin X3 xidmətinin işçisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X1 yanğın-texniki müayinə aktında qeyd edilənləri təsdiq edərək bildirdi ki, 10 fevral 2023-cü il tarixdə Şəxs məxsus ünvan 3 ünvanında fəaliyyət göstərən “Premium Pub” obyektində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı yoxlamaya aid sənədlər təqdim edilməmiş, yoxlama zamanı suallarla bağlı yanlış məlumat verilmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla bağlı akt tərtib edilmiş, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin məhkəməyə ünvanladığı məktubundan görünür ki, X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin əməkdaşları tərəfindən 06-xx.xx.2023-cü il tarixində Binəqədi rayonu, Binəqədi ŞTQ, 2-ci mədən hüquqi ünvanında qeydiyyatda olan vəzifəli şəxs “Şəxs məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən “Premium Pub” obyektində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN N°1269843 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 03 fevral 2023-cü il tarixli 0565 saylı Yanğın-Texniki Müayinənin aparılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsi tərəfindən Şəxs məxsus ünvan 4 ünvanında yerləşən Premium Pub kafesində xx.xx.2023xx.xx.2023-cü il tarixlərində planlı (növbəti) yoxlama keçirilməsi, qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Şəxs məxsus ünvan 4 ünvanında yerləşən Premium Pub kafesinin cari fəaliyyəti üzrə plan üzrə (növbəti) yoxlama keçiriləcəyi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində fərdi sahibkar Şəxs (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 4 ünvanında yerləşən Premium Pub kafesində plan üzrə (növbət) cari fəaliyyətinin yanğın- texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, yaranmış suallara yanlış məlumat verilmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, yoxlama aparılması üçün obyektə daxil olmuş şəxslər obyektdə uzun müddət gözləməklərinə baxmayaraq onlara yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Həmçinin, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs hər hansı səbəb göstərmədən izahat verməkdən, protokolla tanış olmaqdan və protokolun surətini almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin məktubundan görünür ki, 06-xx.xx.2023-cü il tarixində ünvan 4 ünvanında yerləşən “Premium Pub” obyektində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231889408 nömrəli çıxarışa əsasən keçirilmiş planlı yanğın texniki müayinə zamanı İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol Binəqədi rayonu, Binəqədi ŞTQ, 2-ci mədən hüquqi ünvanında qeydiyyatda olan Şəxs göndərilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakretizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar