Məhkəmə qərarları › İş №3(009)-2445/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2445/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2445/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X18 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin sahə rəisi X4, müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X9 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrinə əsasən X15 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Hökməli Qəsəbəsində yaşayan X15 01 oktyabr 2025-ci il tarixdə Səbail rayonu, T.Əliyarbəyov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır və narkotik maddə qəbul etmişdir. Nəticədə, X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 01 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, X15 barəsində tərtib edilmiş 01 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokol üzrə, X15 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9cu PB-nin sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15, barəsində tərtib olunan inzibati xəta haqqında protokol ilə razı olmadığını, özünü təqsiri bilməyərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X1 Coşqun Eyvaz oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 9-cu PB-nin CA üzrə baş əməliiyat müvəkkili X11 və X19 eyniməzmunlu izahat verərək göstərmişlər ki, xx.xx.2025-ci il tarixdə KP-1 1091 saylı məlumat əsasında Binə qəsəbəsində şikayət olunan X12 yaxınlaşaraq özünü təqdim etdikdən sonra Səbail RPİ-nin 9-cu PB-nə dəvət etdikləri zaman həmin şəxs uca səs tonu ilə nalayiq ifadələr işlətməyə başlayaraq birlikdə PB-nə yaxınlaşmaqdan boyun qaçıraraq Polisin qanuni tələblərinə məhəl qoymayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və X2 ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən olunmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 01 oktyabr 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, X10 MOP+ olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən X9 əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi, 33.1.7-ci maddəsinə görə isə sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 206-cı maddələrinin tərkibinin olmasını, yəni X9 polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını, xırda xuliqanlıq etməsini və narkotik vasitə qəbul etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini, inzibati xətanın sərxoş halda törətməsinin onun məsuliyyəti ağırlaşdıran hal olduğunu nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri təyin olunmalıdır. İnzibati qaydada tutma protokolundan görünür ki, X13 30 sentyabr 2025-ci il tarixdə, saat 15:00-da tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə uyğun olaraq inzibati qaydada tutma inzibati həbs müddətinə daxil edildiyindən inzibati qaydada həbs etmənin əvvəli 30 sentyabr 2025-ci il tarix saat 15:00dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 30 sentyabr 2025-ci il tarix saat 15:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X14 X3 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar