Məhkəmə qərarları › İş №3(009)-2446/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2446/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2446/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 20947,12 ABŞ dolları vəsaiti 30 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20947,12 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 01 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, şirkətlər arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır və toplam dəyəri 294947,12 ABŞ dollardır. 2022-ci ilin iyun ayında İngiltərədən invoys verilmişdir ki, 274000 ABŞ dolları ödənilmiş və işlər görülmüşdür. xx.xx.2022-ci il tarixdə tərəflər arasında akt bağlanmışdır ki, bütün işlər təhvil-təslim edilmişdir. Sadəcə olaraq şirkət xx.xx.2022-ci il tarixdə invoysu vermiş, xx.xx.2022-ci il tarixdə təhvil-təslim olmuş və ödəniş həyata keçirilmişdir. Hər hansı avans ödənişindən söhbət getmir. 20947,12 ABŞ dolları avans kimi görünsə də, təhvil-təslim olmuşdur. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş məhkəmə çıxışından görünür ki, icraatdakı Şəxs barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edirlər. Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixidə tərtib edilmiş EP №0189928 saylı İnzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC-nin 20947.12 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsindən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxal etməməsinə və valyutanın geri qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi irəli sürülür və eyni tarixli məktubla MMC-yə həmin maddə ilə müəyyən edilmiş inzibati cərimənin tətbiqi xahiş edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, həmin protokol qanun tələblərinə uyğun tərtib edilmədiyindən aşağıdakı əsaslarla hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin məbləğ üzrə bank köçürməsi "xxxx" MMC ilə xarici hüquqi şəxs olan ES İT Solition Limited Company (MMC) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 01/2022 saylı müqavilə əsasında həyata keçirilmişdir. Qeyd edilir ki, həmin müqavilənin predmeti "SOC X1 Hizmeti Projesi"-nin təmin edilməsi, quraşdırılması, texniki baxış və servisi olmaqla, dəyəri toplamda 327719.02 ABŞ dolları təşkil etmişdir, (həmin məbləğin 10 % vergi qanunvericiliyimizə əsasən ödəmə mənbəyində gəlir vergisi olmaqla, qarşı tərəfə ödəniləcək vəsait 294 947.2 ABŞ dolları məbləğində olmuşdur.) Müqavilə müddəti imzalandığı tarixindən 1 il (12 ay) müddətində müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən, ilkin ödəniş xx.xx.2022-ci il tarixli 2022-5 saylı İnvoice (hesab-faktura) əsasında 274000 ABŞ dolları vəsait xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Davamında müqavilənin şərtləri tam şəkildə icra olunduğuna görə, tərəflər arasında xx.xx.2022-ci il tarixdə akt tərtib olunaraq yerinə yetirilmiş işlər təhvil-təslim edilmişdir. Həmin müqavilə üzrə qalıq məbləğ olan (294947.2-274000=) 20947.2 ABŞ dollarının ödənişi isə xx.xx.2022-ci il tarixli 2022-9 saylı invoice əsasında, aktın təsdiqindən bir gün sonra, xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Təsadüfi deyil ki, həmin müqavilə üzrə sonuncu ödəniş olan 20947.2 ABŞ dolları məbləğindəki pul vəsaitinin ödəniş sənədində "ödəniş təyinatı" hissəsində də "xx.xx.2022-ci il tarixli 01/2022 saylı müqavilə və xx.xx.2022-ci il tarixli 2022-9 saylı invoice" qeyd edilmişdir. İzahlardan və qoşmada təqdim edilən sənədlərdən aydın görünür ki, hazırki iş üzrə hər hansı avans ödəməsi olmamış, müqavilə üzrə görülmüş və təhvil-təslim edilmiş işlərin qalıq dəyəri aktdan bir gün sonra ödənilmiş, nəticədə Mobilex" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Valyuta tənzimi qaydalarının" pozulmasına görə İXM-nin 430.4-cü maddəsində müəyyən edilmiş inzibati xəta ümumiyyətlə hər hansı bir formada törədilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cl maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Şəxs barəsində aparılan inzibati xətaya dair hazırki iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli məktubundan və ona əlavədən görünür ki, Şəxs MMC tərəfindən 30 sentyabr 2022-ci il tarixdə avans ödəniş aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 01/2022 xidmət müqaviləsindən görünür ki, müqavilənin məbləği 327.719,02 ABŞ dollarıdır. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq ödəmə mənbəyindən 10% gəlir vergisi ödənildikdən sonra, Satıcıya ödəniləcək məbləğ 294.947,12 ABŞ dolları təşkil edəcəkdir. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 01/2022 saylı 10 Yanvar 2022-ci il tarixli müqaviləyə əsasən "SOC X1 Xidmət Layihəsi"-nin təmin olunması quraşdırılması, texniki baxış və servisi barədə müqavilənin (əlavə 1) əlavəsində göstərilən xidmətlərin tam dəyəri 294947,12 ABŞ dolları tam ödənərək (xx.xx.2022-xx.xx.2022) yerinə yetirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən “Halyk Bank of Kazakhstan” bank hesabına 274000 ABŞ dolları köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “ES İT Solutions Limited” şirkətinin xx.xx.2022-ci il tarixli, 2022-5 nömrəli invoysdan görünür ki, şirkət tərəfindən Şəxs MMC-ə 274000 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 20947,12 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədlərinə və təhviltəslim aktına əsasən bankda olan hesabından 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 20947,12 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar