Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-245/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpus və Xarici Nümayəndəlikləri Şəxsin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 347-ci maddəsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsnin direktor müavini İlqar Əliyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-2625/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpus və Xarici Nümayəndəlikləri Şəxs onun mülkiyyətində (istifadəsində) olan “Nissan Maxima minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpus və Xarici Nümayəndəlikləri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Səbail RPİ DYPŞ tərəfindən hüquqi şəxs Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsə ünvanlanmış sorğuda “Nissan Maxima” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində Polis İdarəsinə təqdim olunması xahiş edilmiş və tələb olunan məlumatın təqdim edilmədiyi təqdirdə hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulması göstərilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsin mülkiyyətində olan “Nissan Maxima” markalı “**-AZ-***” dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə, saat 12:09-da idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin sorğusuna vaxtında cavab verilmədiyinə görə Səbail RPİ DYPŞ-də inzibati icraat başlanılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsdə “Piriyeva” soyadlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmış xəbərnamədə isə sürücüsü barədə məlumat verilməsi tələb olunan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi 10-AA804 kimi göstərilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxs “Nissan Maxima” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs barəsində məlumat vermədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilən Səbail RPİ DYPŞ tərəfindən hüquqi şəxsə ünvanlanmış sorğudan və həmin sorğunun qəbul edilməsinə dair xəbərnamədən göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsdən “Nissan Maxima” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində müvafiq məlumatların verilməsi tələb edildiyi halda, həmin hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol “Nissan Maxima” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü barəsində müvafiq məlumatların verilmədiyinə görə tərtib olunmuşdur ki, bu da onu deməyə əsas verir ki, hüquqi şəxsdən “Nissan Maxima” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü barəsində məlumat tələb edilmədiyi halda, həmin nəqliyyat vasitəsinə münasibətdə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi istisna olunur. Bununla yanaşı, iş materiallarından görünür ki, xəbərnamə üzərindəki “SS611441552AZ” nömrəli ştrix kodu “xxxx" MMC-nin “http://www.azerpoçt.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğunun alıcıya çatdırılması barədə rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdiriyyət Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-245/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-245/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver