Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-245/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli 00100-0186/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC **********1249 sorğu nömrəli gömrük bəyannaməsində Tunisdən LL648LC/OQ268K nömrəli nəqliyyat vasitəsində idxal etdiyi xurma yükünün netto çəkisini 990 kq az göstərərək ümumulikdə 1285.73 manat gömrük ödənişlərindən yayınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocasən gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raporta əsasən 04.01.2022-ci il tarixdə idxalatçı Şəxs tərəfindən **********1249 saylı GB-fə bəyan olaraq rəsmiləşdirilmiş (a/m-LL648LC/OO268K) (barkod:**********01750) (mənşə ölkəsi Tunis) yükə yuxarıda göstərilən GB-nə əsasən gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı a/m-da **********1249 saylı GB-də bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından xurma yükünün netto çəkisi 990 kq artıq olduğu aşkar edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********1249 sorğu nömrəli 04.01,2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən xurma yükünün netto çəkisinin 20038 kq deyil, 21028 kq olduğu, yəni 990 kq artıq (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığın dan) olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları idarəsinə 34/013/000562 saylı 11.01.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/001620 saylı 24.01,2022-ci il tarixli raporta əsasən **********1249 sorğu nömrəli 04.01,2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən xurma yükünün netto çəkisinin 20038 kq deyil, 21028 kq olduğu, yəni 990 kq artıq olduğu təqdirdə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 540.22 manat, ƏDV üzrə 745.51 manat olmaqla ümumilikdə 1285.73 manat təşkil edəcəkdir. Həmçinin ünvan 2 ünvanında qeydiyyatda olan "MS FRUİT GROUP” MMC **********0715 sorğu nömrəli gömrük bəyannaməsində İran İslam Respublikasından idxal etdiyi qurudulmuş xurma yükünün çəkisini düzgün bəyan etməyərək ümumulikdə 774.41 manat əlavə gömrük ödənişlərindən yayındığı üçün Bakı Baş Gömrük idarəsinin təhqiqat şöbəsində inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2175/21 nömrəli inzibati Xəta haqqında icraat başlanılmış və ilk dəfə törədildiyi üçün 00100/2104 nömrəli, 29.10.2021-ci il tarixli qərarla ilk dəfə törədildiyi və dəymiş zərər ödənildiyi üçün təqsirli bilinərək xitam edilmişdir. Bununlada adı qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı təmin edilmiş və o şirkət tərəfindən gömrük orqanına təqdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilmədiyini, həmin çəkiyə görə əlavə gömrük ödənişləri yaranacağı təqdirdə ödənişləri şirkət olaraq ödəmək niyyətində olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "MS FRUİT GROUP” MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "MS FRUİT GROUP” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "MS FRUİT GROUP” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 1285,73 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "MS FRUİT GROUP” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1285,73 (bir min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-245/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-245/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver