Məhkəmə qərarları › İş №3(009)-245/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-245/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-245/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5, X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən X6 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00189/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/002901 saylı, 10 fevral 2022-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X2 (VÖEN: **********) adına X3 (X12 LLV şirkətindən) 13B65310/13B65410 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********4079 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 05 noyabr 2021-ci il tarixdə “ipək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, X6 tərəfindən gömrük orqanına təqdim edilən **********4079 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən, üzərində “Breast enlarging cream” sözləri yazılmış 144 ədəd krem vasitəsi, üzərində “Eros cream 15g” sözləri yazılmış 480 ədəd krem vasitəsi və üzərində “Eros spray 14 ml” sözləri yazılmış 480 ədəd sprey vasitəsi aşkar edilmişdir. Aşkar edilən malların dərman vasitəsi olub-olmadığının, normativ texniki sənədlərin tələblərinə cavab verib-verməməsinin, müsbət halda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmasının tələb olunub-olunmadığının və dövlət qeydiyyatına alınıb-alınmamasının öyrənilməsi məqsədilə 25 noyabr 2021-ci il tarixli 1400- 013/0xx-xx/008514 saylı məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X10 müraciət edilmişdir. Həmin Mərkəzdən daxil olmuş 07 yanvar .2022-ci il tarixli 10/231 saylı məktubda “Eros” krem, “Eros” sprey və “X13 Englarging cream” krem ticari adlı məhsulların dərman vasitələrinə aid olubolmamasının təyi edilməsi ilə bağlı indiyədək Mərkəzə hər hansı müraciət olunmadığı və eyni zamanda təqdim edilən məhsul nümunələrinin qablaşması üzərində onların statusu barədə heç bir məlumat verilmədiyi qeyd edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X9, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X6 nbarəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, X6 tərəfindən gömrük orqanına təqdim edilən **********4079 saylı 28 oktyabr 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən, üzərində “Breast enlarging cream” sözləri yazılmış 144 ədəd krem vasitəsi, üzərində “Eros cream 15g” sözləri yazılmış 480 ədəd krem vasitəsi və üzərində “Eros spray 14 ml” sözləri yazılmış 480 ədəd sprey vasitəsi aşkar edilmiş, X6 Azərbaycan Respublikas Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsa sən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. ı İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, X2 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi var və inzibati xətanın bilavasitə obyekti olan üzərində “Breast enlarging cream” sözləri yazılmış 144 ədəd krem vasitəsi, üzərində “Eros cream 15g” sözləri yazılmış 480 ədəd krem vasitəsi və üzərində “Eros spray 14 ml” sözləri yazılmış 480 ədəd sprey vasitəsi müsadirə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan 9/1137 saylı, 15 mart 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, ekspertiza təqdimatına təqdim edilmiş 3 adda vasitələri ümumilikdə 18 oktyabr 2021-ci il tarixinə orta bazar qiyməti təxminən 32400 manat meəyyən edilmişdir. Aparılmış ekspertza tədqiqatının dəyəri 100 (yüz) manat təşkli edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Odur ki, inzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan üzərində “Breast enlarging cream” sözləri yazılmış 144 ədəd krem vasitəsi, üzərində “Eros cream 15g” sözləri yazılmış 480 ədəd krem vasitəsi və üzərində “Eros spray 14 ml” sözləri yazılmış 480 ədəd sprey vasitəsi müsadirə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar