Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2455/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X4” MMC-də ekspert işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsi ev 14A mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7376413 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Dövlət X7 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir.xx.xx.2025-ci il tarixdə o etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Bibiheybət yolu ilə sağ zolaqla 60 km/saat sürəti ilə hərəkətdə olan zaman onunla eyni zolaqda qarşısında hərəkətdə olan VAZ-2106 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Jurnalistlər binasının qarşısında svetaforda yaşıl işıq yanıb sönən zaman düşünmüşdür ki, həmin avtomobil gedəcək, lakin avtomobil dayanmışdır. Bu vaxtı məsafə az o olduğundan əyləci basmışdır, lakin təhlükədən yayına bilməyib idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsi toqquşmuşdur. Zərbənin təsirindən bir qədər irəli keçib dayanmışdır. Dərhal onlara yaxınlaşmış, ilkin yardım göstərmişdir. Bu zaman YPX əməkdaşları ona yaxınlaşmışlar, özünü təqdim etmişdir. Qarşı tərəfin avtomoobildə yüngül xəsarət aldığını görüb təcili tibbi yardım çağırmışlar. Həkim briqadası ilə xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Lakin heç bir bədən xəsarət almamışdır. O, təhlükəni 5-6 metr məsafədən görmüşdür, lakin hadisənin qarşısını ala bilmədiyi üçun qəza baş vermişdir. Göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi təhqiqat zamanı verdiyi etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tibbi rəy və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP7376413 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qızı “Mercedes Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 301 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər sol Vİ-Vİİ-ci qabırğaların qapalı yerdəyişən sınıqları və sol bazunun orta-yuxarı 1/3-nin bayır səthinin cüzi şişkinlik fonunda qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətsiz (dayanmış) vəziyyətdə olan avtomaşının onunla eyni istiqamətdə hərəkətdə olan avtomaşınla arxadan vurulması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 303 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - sol gözətrafı yumşaq toxumaların qançırı, L2-L3 (2-ci və 3-cü bel fəqərələri) fəqərələrinin sol köndələn çıxıntısının qapalı yerdəyişməyən sınığı, sol budun aşağı 1/3-nin ön-iç səthinin cüzi şişkinlik fonunda qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətsiz (dayanmış) vəziyyətdə olan avtomaşının onunla eyni istiqamətdə hərəkətdə olan avtomaşınla arxadan vurulması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 300 saylı rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər - sağ və sol bazu (çiyin) oynağının yumşaq toxumalarının mülayim ağrılar və hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətsiz (dayanmış) vəziyyətdə olan avtomaşının onunla eyni istiqamətdə hərəkətdə olan avtomaşınla vurulması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 302 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər - sağ qaş qövsü proyeksiyasının cərrahi tikişli əzilmiş yarası, sol diz oynağının ağrılar və hərəkət məhdudluğu ilə müşayiət olunan lövhəvari hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətsiz (dayanmış) vəziyyətdə olan avtomaşının onunla eyni istiqamətdə hərəkətdə olan avtomaşınla arxadan vurulması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir.xx.xx.2025-ci il tarixdə o etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Bibiheybət yolu ilə sağ zolaqla 60 km/saat sürəti ilə hərəkətdə olan zaman onunla eyni zolaqda qarşısında hərəkətdə olan VAZ-2106 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Jurnalistlər binasının qarşısında svetaforda yaşıl işıq yanıb sönən zaman düşünmüşdür ki, həmin avtomobil gedəcək, lakin avtomobil dayanmışdır. Bu vaxtı məsafə az o olduğundan əyləci basmışdır, lakin təhlükədən yayına bilməyib idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsi toqquşmuşdur. Zərbənin təsirindən bir qədər irəli keçib dayanmışdır. Dərhal onlara yaxınlaşmış, ilkin yardım göstərmişdir. Bu zaman YPX əməkdaşları ona yaxınlaşmışlar, özünü təqdim etmişdir. Qarşı tərəfin avtomoobildə yüngül xəsarət aldığını görüb təcili tibbi yardım çağırmışlar. Həkim briqadası ilə xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Lakin heç bir bədən xəsarət almamışdır. O, təhlükəni 5-6 metr məsafədən görmüşdür, lakin hadisənin qarşısını ala bilmədiyi üçun qəza baş vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 təhqiqat zamanı verdiyi izahatından görünür ki, 2008-ci ildə “B” sürücülük kateqoriyası üzrəs vəsiqəsi var. xx.xx.2025-ci il tarixdə saat təxminən 17:45 radələrində özünə məxsus olan “Vaz 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Bibiheybət yolu ilə orta zolaqla saatda təxminən 50 km sürətlə Hacıqabul rayonundan Bakı şəhərinə qızının toy məclisinə gələn zaman jurnalistlər binasının qarşısında quraşdırılmış işıqforun yaşıl işığının yanıb söndüyünü görüb dərhal əyləcə basmış və stop xəttində dayanmışdır. Bu zaman onunla eyni istiqamətdə eyni zolaqla arxasıca hərəkət edən avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsinə zərbə ilə çırpılmış, avtomobil dayandığı yerdən bir neçə metr irəliyə doğru hərəkət edərək dayanmış və dərhal. Avtomobildən düşdükdən sonra ona məlum olmuşdur ki, onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə Mercedes markalı **-FU- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, X2 və qonşusu Təhminə və özü yüngül bədən xəsarətləri almışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Onlar toy məclisinə getdikləri üçün xəstəxanaya getməkdən imtina etmişdirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2455/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2455/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver