Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-246/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 yanvar 2022-ci il tarixli 00100-0190/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X8. Tic. LTD. ŞTİ.” şirkətindən 61ABB201/61ABB195 nömrə nişanlı yük avtomaşınında BES**********003 nömrəli 05.01.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0474 sorğu nömrəli 13.01,2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X6 idarəsinə 1400-012/004-25/000295 nömrəli 17.01.2022-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200- 012/003-25/000353 nömrəli 21.01,2022-ci il tarixli cavab məktubuna ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına BES202200ÖÖ00003 nömrəli 05.01.2022-ci il tarixli invoys sənədinin 1,2,4-7-ci mövqeyi üzrə idxal olunan yük gazma başlığları olub XİFMN-ə görə ********** alt yarımmövqeyində, BES**********003 nömrəli 05.01.2022-ci il tarixli invoys sənədinin 11-ci mövqeyi üzrə idxal olunan yük gara metaldan yay olub XİFMN-ə görə ********** alt yarımmövgeyində sinifləşdirilir. Bununla da, X6 idarəsinin rəyinə əsasən BES**********003 nömrəli 05.01.2022-ci il tarixli invoys sənədinin 1,2,4-7-ci və 11-ci mövgeləri üzrə idxal edilən malların Şəxs MMC tərəfindən **********0474 sorğu nömrəli 13.01.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə **********, ********** kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC-nin idxal gömrük rüsumu üzrə 3863,43 manat, ƏDV üzrə 633,69 manat olmaqla ümumilikdə 4497,12 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, “Geoengineering" MMC **********0474 sorğu nömrəli 13.01.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 4497,12 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********4494 sorğu nömrəli 07.09.2021ci il tarixli gömrük bəyannaməsi üzrə 4000,24 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 20.09.2021-ci il tarixdə 00100-1819/21 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1819/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1805 nömrəli 21.09.2021-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək məhkəməyə gömrük bəyannamələri təqdim edərək dekabr ayında eyni mallar eyni kod altında bəyan edilmiş və həmin vaxt bununla bağlı hər hansı etiraz və ya xəbərdarlıq olmamış, yanvar ayında onlar eyni qaydada malı bəyan etmişlər, sözügedən yüklərin digər XİFMN kodunda sinifləşdirilməli olduğu barədə əvvəlcədən məlumatları olmamışdır. İnzibati araşdırma aparılarkən Bakı Baş Gömrük İdarəsində mallar buraxılmadığından və həmin mallar Zəfər Yolunun çəkiliş üçün təxirəsalınmadan lazım olduğundan məcburiyyət qarşısında qalaraq inzbati xəta hadisəsinin baş verdiyini qəbul etmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 61ABB201/61ABB195 nömrəli avtonəqliyyat vasitəsi,BES**********003 saylı 05.01.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********0474 sorğu nömrəli, 13.01.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş Malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi X6 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X6 İdarəsindən gələn 2200-012/003-25/000353 saylı, 21.01.2022-ci il tarixli cavab Məktubuna əsasən malın XİFMN üzrə ********** alt yarımmövqeyində 5% və **********0 alt yarımmövqeində isə 15% gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. **********0474 sorğu nömrəli 13.01.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 3863.43 AZN, ƏDV üzrə 633.69 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş X6 İdarəsinin 21.01.2022-ci il tarixli Rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına BES**********003 nömrəli 05.01.2022-ci il tarixli invoysun 1,2,4-7-ci mövqeləri üzrə mallar XİFMN üzrə **********, 11-ci mövqe üzrə mallar XİFMN üzrə ********** kodlar altında sinifləşdirilir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, bəyan edilmiş mallar XİF MN üzrə “**********” saylı kod altında bəyan edilmişdir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, eyni adlı məhsul 17.12.2021-ci il tarixdə “**********” saylı kod altında bəyan edilmişdir. İş materiallarında həmin gömrük bəyannaməsi üzrə hər hansı araşdırma aparılması müəyyən edilmir. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən idxal edilən mallar göndərən şirkətin təqdim etdiyi müşayiət sənədləri və ixrac gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edilmişdir. Eyni adlı məhsul bundan əvvəl də “**********” saylı kod altında bəyan edilmiş, bu hal isə maln düzgün bəyan edilməsi qənaətinə gəlməyə əsas olmuşdur. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi dəvət edilsə də, gəlməmiş və bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi faktını şübhə altına alır. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMCyə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (27 yanvar 2022-ci il tarixli 00100-0190/22 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-246/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-246/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver