Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2460/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı və xx.xx.2022-ci il tarixli, İXP ******* qərarlarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı və xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı elektron qərarın ləğv edilməsini xahiş etsə də, həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın surətini iş materiallarına əlavə etməmişdir. Belə ki, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iş materiallarına inzibati tənbehvermə barədə qərar əlavə edilməmiş, sənədlər natamam təqdim edilmiş, habelə qanunvericilikdə eyni vaxtda 2 ədəd inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilən hallar isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı və xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarların icraatına xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı və xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarlarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2460/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2460/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver