Məhkəmə qərarları › İş №3(009)-2461/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2461/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2461/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Eldar Hüseynlinin, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunda, Çəmbərəkənddə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Aslanov X7 Rayon Məhkəməsinin 2(049)-928/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Lənkəran rayon məhkəməsinin 2(049)-928/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay üçün sabit pul məbləğində 160 manat aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Səbail rayon İcra şöbəsinənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aidiyyət orqanlara sorğular olunmuş, lakin borclunun adına daşınar və daşınmaz əmlak həmçinin ona məxsus bank hesabları aşkar edilməmişdir. Aliment öhdəliyindən yayındığına görə xx.xx.2022-ci il tarixdə borcluya İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və Səbail rayon məhkəməsinin 3(009)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati protokola xitam verilmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə boclunun axtarışı haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Şəxs şöbəyə təhvil verilmişdir. Aliment öhdəliyindən yayındığına görə yenidən xx.xx.2023-cü il tarixdə borcluya İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və Səbail rayon məhkəməsinin 3(009)-1770/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati protokola xitam verilmişdir. Borcludan hər ay ödənilməsi üçün iltzam alınmış və borclu öhdəliyi təmin etmədiyindən onun barəsində yenidən xx.xx.2022-ci il tarixdə borclunun axtarış qərarı qəbul edilmişdir. Səbail Rayon Məhkəməsinin 8(009)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hal-hazırda iş üzrə borclunun 3076 manat aliment borcu təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Həmçinin, Şəxs polis əməkdaşları tərəfindən icra şöbəsinə xx.xx.2023-cü il tarixində saat 10 radələrində təhvil verildiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş tələbkar X4, marketdə işlədiyini və 350 manat qazancı olduğunu, borclu Şəxs aliment borcunu icra etmədiyini nəzərə alaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır, təmir- tikinti işləri ilə məşğul olur. Gəlirinin az olduğunu, 1 il ərzində iş görmək istəsə də işlərinin alınmadığını, pul qazanıb ödəyə bilmədiyi üçün polis əməkdaşlarının çağırışına da gəlmədiyini, əlində pulu olan zaman gəlib ödəyəcəyini göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 2(049)-928/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay üçün sabit pul məbləğində 160 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki,xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 20642/23 nömrəli axtarış işi üzrə Şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin-tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Müəyyən edilmişdir ki, hazırda borclunun 3076 manat aliment borcu vardır, həmçinin o, hər ay ödəməli olduğu 160 manat aylıq aliment məbləğini də ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixindən, saat 10:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar