Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2465/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: X1 Rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)-1739/2023 saylı qərarına əsasən Səbail rayon DYPŞ-nın TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Səbail Rayon DYPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 özünü barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarı məhkəmə tərəfindən artıq ləğv edildiyindən və material əlavə yoxlama aparılması üçün Səbail Rayon DYPŞ-nə göndərildiyindən, şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2465/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2465/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver