Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-247/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə şikayətlə müraciət edərək elektron kabinetinə yerləşdirilmiş 50 elektron qərarın ləğv edilməsini, qanun pozuntusuna yol vermiş və hüquqlarını pozmuş DYP xidmətinin əməkdaşlarının məsuliyyətə cəlb olunması, həmçinin şikayətlərə baxılmadığına görə polis əməkdaşları birbaşa öz vəzifə borclarını yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunmalarını, maşınının müvəqqəti duracağda olduğu vaxta ona dəyən maddi ziyan və maşına dəyən maddi ziyanın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, şikayətçi tərəfindən ləğv edilməsi xahiş edən qərarlar ayrı-ayrı vaxtlarda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən qəbul olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, X2 tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmiş hər bir orqanın qərarlarından ayrıca şikayət verilməli (BNA və DİN tərəfindən qəbul olunmuş qərarlardan ayrı-ayrılıqda), həmin qərarlardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən mübahisələndirilən qərarların surəti iş materiallarına əlavə etməmişdir. Göstərilən hallar isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə, həmçinin şikayətdə qeyd olunan tələblərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 elektron kabinetinə yerləşdirilmiş 50 elektron qərarın ləğv edilməsini, qanun pozuntusuna yol vermiş və hüquqlarını pozmuş DYP xidmətinin əməkdaşlarının məsuliyyətə cəlb olunması, həmçinin şikayətlərə baxılmadığına görə polis əməkdaşları birbaşa öz vəzifə borclarını yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunmalarını, maşınının müvəqqəti duracağda olduğu vaxta ona dəyən maddi ziyan və maşına dəyən maddi ziyanın təmin olunması barədə şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 elektron kabinetinə yerləşdirilmiş 50 elektron qərarın ləğv edilməsini, qanun pozuntusuna yol vermişvə hüquqlarını pozmuş DYP xidmətinin əməkdaşlarının məsuliyyətə cəlb olunması, həmçinin şikayətlərə baxılmadığına görə polis əməkdaşları birbaşa öz vəzifə borclarını yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunmalarını, maşınının müvəqqəti duracağda olduğu vaxta ona dəyən maddi ziyan və maşına dəyən maddi ziyanın təmin olunması barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-247/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-247/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver