Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2471/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2 və 493-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2 və 493-cü maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13000-01609/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) barəsində, Dəniz Nəqliyyatı və X8 Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3200/012/004494 saylı raporta əsasən, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********)” ünvanına gələn “konteynerlər” adlı yük xx.xx.2024-cü il tarixində **********2831 savlı gömrük bəyannaməsi ilə Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin, yükə görə qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına AZ-022-24 nömrəli invovsla göndərilən Naru ******* saylı konteyneri, AZ- 023-24 nömrəli invovsla göndərilən Naru ******* savlı konteyneri, AZ-024-24 nömrəli invovsla göndərilən Naru ******* saylı konteyneri, AZ- 025-24 nömrəli invovsla göndərilən Naru ******* savlı konteyneri, AZ-026-24 nömrəli invovsla göndərilən Naru ******* saylı konteyneri, AZ-027-24 nömrəli invovsla göndərilən Naru ******* savlı konteyneri, AZ-028- 24 nömrəli invovsla göndərilən Naru ******* saylı konteyneri, AZ-029-24 nömrəli invovsla göndərilən Naru ******* savlı konteyneri, AZ-030-24 nömrəli invovsla göndərilən Naru ******* savlı konteyneri xx.xx.2024-cü il tarixində “Böyük Kəsik” gömrük postundan keçməklə, Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixində Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “X5 Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında qeyd edilən konteynerlərin icarəyə verilməsi barədə 0019 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmçinin, Şirkət tərəfindən Dəniz Nəqliyyatı və X8 Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixində ərizələr ilə müraciət edilmiş və sözügedən konteynerlər 3 av müddətində geri aparılmavacağı təqdirdə, sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında rəsmiləşdiriləcəyi barədə öhdəlik qötürülmüsdür.xx.xx.2024-cü il tarixində həmin konteynerlər ixrac olunması üçün “Beynəİxalq Dəniz Ticarət Limanı gömrük postunda qeydiyyata alınmış, lakin, ixrac olunmadan xx.xx.2024-cü il tarixindəyenidən həmin postda ölkəyə giriş kimi qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixində **********2831 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında Baş İdarədə rəsmiləşdirilmişdir. Bundan əlavə konteynerlərə dair təqdim olunan qaimələrin 13-cü qrafasının bos olması, həmin konteynerlərin ölkəyə gələrkən yüklü şəkildə deyil, bos formada gəlməsini göstərir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı 9 ədəd konteyneri əvvəlcədən heç bir şirkətlə müqavilə imzalamadan və heç bir öhdəlik götürmədən ölkəyə gətirmiş və həmin konteynerlərə dair gömrük orqanına qısa idxal bəyannaməsi təqdim etməmişdir. Həmçinin, sözügedən konteynerlər ölkəyə xx.xx.2024-cü il tarixində daxil olsalar da, həmin konteynerlərə dair **********2831 nömrəli gömrük bəyannaməsi 15 (on beş) gündən gec müddətdə, yəni xx.xx.2024-cü il tarixində tərtib olunmuşdur. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən şirkətin nümayəndəsi ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış nümayəndəsi izahat verməsi üçün Təhqiqat şöbəsinə dəvət edilmişdir. Baş İdarəyə gələn “MT Container GMBH" şirkətinin Azərbaycan Respublikasındakı filialının gömrük işlərini həyata keçirən "xxxx" MMC-nin direktoru X3 izahat verərək bildirmişdir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına göndərilən konteynerlər əvvəlcə ölkəyə tranzit yüklərin daşınması üçün tara kimi gətirilmiş və yükləndikdən sonra geri qayıdacaqdı. Lakin, geri qayıtmaq üçün yük olmadığı üçün, şirkət həmin konteynerləri satmaq qərarına gəlmiş və bu səbəbdən həmin konteynerlər xx.xx.2024-cü il tarixində **********2831 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında Bas İdarədə rəsmiləşdirilmişdir. Həmçinin, Şirkət tərəfindən Dəniz Nəqliyyatı və X8 Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixində ərizələr ilə müraciət edilmiş və konteynerlər 3 av müddətində geri aparılmavacaqı təqdirdə, sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında rəsmiləşdiriləcəyi barədə öhdəlik götürülmüşdür. Nəticədə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən törədilmiş əməldə, həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci və 493-cü maddələrində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “CONTAİNER GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və məhkəmə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi nümayəndəsi X4, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs-nın inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2 və 493-cü maddələrinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması - Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsindəqısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2471/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2471/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver