Məhkəmə qərarları › İş №3(009)-2475/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2475/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2475/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobili xx.xx.2024-cü il tarixdə texniki baxışı keçirtmək istəyən zaman, DİN BDYP İdarənin əməkdaşları tərəfindən bildirildi ki, AYNA-nə 294 manat məbləğində cərimə borcu var və bununla əlaqədər texniki baxışdan avtomobili buraxıla bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, həmin protokollar BNA və AYNA tərəfindən 2019-2023-cü illlərdə tərtib olunmuşdur. Odur ki, bu protokolların bəzilərindən xəbəri olmamış, bəzilərinin ləğv edilməsi barədə AYNA əməkdaşlardan məlumat almışdır. BNA və AYNA parklanma üzrə öz fəaliyyətini başladıqda dərhal həmin aqentliklərə müraciət etmiş, yaşadığı ünvanda parkinq yeri istəmiş, ancaq naməlum səbəbdən parklama yeri ayrılması vaxtı uzadılmış, əvəzinə cərimələri yazmışdılar. Bu imtinanı onunla əsaslandırmışdılar ki, etibarnaməsi ləğv olunmuşdur. Bununla əlaqədar 44 saylı notariat kontoruna müraciət etmiş, rəsmi arayış almış ki, həmin müddət ərzində arvadı Əbdüləzimova Bənovşa tərəfindən avtomobilə qarşı verilmiş etibarnamə qüvvədədir. Bu barədə dəfələrlə AYNA əməkdaşlarına bildirmiş, sənədi onlara təqdim etmişdir. Buna baxmayaraq, AYNA əməkdaşları məcbur etmişdilər ki, yeni etibarnamə alsın. Ancaq bundan sonra, avtomobili üçün parklama yeri vermişdilər. Bu cərimələrin silinməsi ilə bağlı, dəfələrlə həmin təşkilatlara müraciət etmiş, axrıncılar xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə. Ancaq bu günə kimi heç bir rəsmi cavab verilməyib. Maraqlıdır ki, AYNA əvəzinə parklanma məntəqələrində fəaliyyət göstərən Azparkinq MMC şəxsi həyatına toxunur, şəxsi məlumatlarını yığır. Belə ki, bu protokolları qeydiyyat olduğu ünvanda yerləşən saxlama məntəqələrində avtomobilini saxlayanda tərtib olunub. Azərbaycan vətəndaşına münasibətdə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nda əksini tapıb,o da həmin qərarın 2.1-ci bəndinə uayğun olaraq "Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir". Hesab edirəm ki, AYNA və BNA əməkdaşlarının günahından (o da, fərdi parklanma talonu vaxtında verməmək) qeydiyyat olduğum ünvanda, o da Bakı şəhəri Mərdanov Qardaşları küçəsi 6 saylı binanın qabağında tərtib olunmuş xx.xx.2019-cü il tarixli BNA 0524099, xx.xx.2019-cü il tarixli BNA 0454990, xx.xx.2020 il tarixli ΒΝΑ1011436, xx.xx.2022 il tarixli BNA2143565, xx.xx.2023 - AYN0001288, 19.10.23- cü il tarixli AYN0002854, 25.10.23-cü il tarixli AYN0004143, 14.11.23-cü il tarixli ΑΥΝ0013064, 31.10.23cü il tarixli AYN0006550,03.11.23-cü il tarixli AYN0008128, 27.12.23-cü il tarixli AYN0049118, 05.01.24-cü il tarixli AYN0060995, 23.10.23-cü il tarixli AYN0003415 protokolları ləğv olunmalıdırlar. Ondan da artıq, portalda xx.xx.2024-cü il tarixli kimi ğöstərilmiş AYN0542588 protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. AR İXM-nin dəyişilik edilməsi haqqında qanuna əsasən Cərimələrin artırılması xx.xx.2024-cü il tarixdən nəzərdə tutlub. Belə halda, xx.xx.2024-cü il tarixli (faktiki xx.xx.2024-cü il tarixli) AΥΝ0542588 protokol üzrə 10 manat məbləğində cərimə düşür, ancaq məndən 20 manat cərimə tələb olunur. İXM-nin 8.2-ci və 8.3cü maddələrinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan artıq, cərimələri ödəməmiş texniki baxışdan keçməyə icazə verilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələri AR DİN BDYPİ-nin rəhbərliyinə müraciət etmiş, bu günə kimi rəsmi cavab ala bilmirəm. Ancaq hər 20 gündən sonra texniki baxışdan keçməməyimə görə yeni cərimə gəlir. Hesab edirəm ki, tərtib olunmuş protokollar tam qanunsuz tərtib olunmuşdur və bəzilərinin 1 il müddəti keçdiyinə görə güvvədən düşüblər. Yuxarıda qeyd olunanlara görə də ləğv olunmalıdılar. Yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsi və xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli protokolun və onlara hesablanmış cərimə faizləri ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 şikayəti müdafiə edərək inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X5 nəqliyyat vasitəsini 14 noyabr 2023-cü il tarixdə saat 12:14-də Mərdanov Qardaşları (Qoqol) küçəsində saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Chevrolet Epica minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 noyabr 2023-cü il tarixdə saat 12:14-də Mərdanov Qardaşları (Qoqol) küçəsində parklanmışdır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli, ƏN-İV № 581304 və xx.xx.2023-cü il tarixli, ƏN-Vİ № 812214 etibarnamələrdən görünür ki, X2 mülkiyyətində olan “Chevrolet Epica minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadə hüququ xx.xx.2026-cı il tarixədək X4 etibar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 yaşayış yeri Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, ev 6, mənzil 9/11-dir. İş materiallarına əlavə edilmiş X3 ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət icraatdadır. Şikayəti xahiş etdiyi hissədə texniki səhv olaraq "protokollu ləğv edilməsinə dair qətnamə qət edəsiniz" qeyd etmişdir. Odur ki, şikayətdə dəyişilik edərək, “protokollu ləğv edilməsinə dair qətnamə qət edəsiniz” sözləri “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edəsiniz” sözləri ilə əvəzləşdirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron poçt ünvanına göndərilmiş 12 sentyabr 2024-cü il tarixli müraciətdən görünür ki, 2 ay ərzində 15 dəfədən artıq “fərdi parklanma talonu” almaq məqsədi ilə müraciət etmiş imtina məktubu almışdır. Belə ki, məktuba əsasən qeydiyyata olan ünvana 100 m yaxınlıqda parkinq yerləşmir. Bununla razı olmadığına görə əməkdaşları bildirmiş, öz şəxsiyyət vəsiqəni onlara təqdim etmiş, subut etmişdir ki, qeydiyyatda olduğu ünvanda, o da ünvan 2erləşir. bununla əlaqədər əməkdaşlar yenidən müraciət etməyi xahiş etmişdilər. Yenidən müraciət etdikdə proqram etibarnamə ləğv edilməsini göstərir. Bununla bağlı Bakı şəhər 46 caylı notariat kontoruna müraciət etmiş, avtomobilinə qarşı etibarnamə qüvvədə olduğu haqqında arayış almışdır. Həmin notarial kontorunda bildirmişdilər ki, 2016-ci ilin etibarnamə ləğv edilib, 2018-ci ilin etibarnaməsi qüvvədədir. Bütün bu sənədlərin və verilən cavabların surətləri sizin Vüqar, Samir (tel.: ***-*******) və nəməlum əməkdaşınıza (***-*******) Whatsapp vastəsi ilə göndərmişdir. Yuxarıda qeyd olunanları, nəzərə alaraq xahiş edir ki, «fərdi parklanma talonu» təqdim edəsiniz, əks halda onlara qarşı məhkəməyə müraciət etmək məcburiyyətində olacaq. Həmin vaxt məhkəmə ilə bağlı bütün xərclər onların üzəridə düşür (mediasiya, vəkil, məhkəmə dövlət rüsumu, vurulmuş maddi və mənəvi ziyan). Bundan başqa, bildirir ki, AR Konstitusiyannın 32-ci maddəsinə əsasən Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. İş materiallarına əlavə edilmiş X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron poçt ünvanına göndərilmiş 28 oktyabr 2024-cü il tarixli müraciətdən görünür ki, məcburi olaraq təkrar müraciət edir. Son 3 ay ərzində 4 dəfə cavabsız müraciəti olmuşdur. Təcili olaraq məhkəməyə təqdim etmək üçün xx.xx.2019-cü il tarixli BNA 0524099, xx.xx.2019-cü il tarixli BNA 0454990, xx.xx.2020 il tarixli BNA1011436, xx.xx.2022 il tarixli BNA2143565, xx.xx.2023 – ΑΥΝ 0001288, 19.10.23 -AYN0002854, 25.10.23 - AYN0004143, 14.11.23-AYN0013064, 31.10.23-AYN0006550,03.11.23- ΑΥΝ0008128, 27.12.23-AYN0049118, 05.01.24- AYN0060995, 23.10.23-AYN0003415 protokolların göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron poçt ünvanına göndərilmiş 31 oktyabr 2024-cü il tarixli müraciətdən görünür ki, məcburi olaraq təkrar müraciət edir. Birinci ərizəyə tərəflərindən cavab verilməmişdir. 3 ay ərzində 20 dəfədən artıq <<fərdi parklanma talonu>> almaq məqsədi ilə müraciət etmiş imtina məktubu almışdır. Məktuba əsasən qeydiyyata olan ünvana 100 m yaxınlıqda sizin parkinq yerləşmir. Ondan da artıq proqramda avtomobilə qarşı etibarnaməni ləğv edilmiş kimi göstərir. Bununla əlaqədər bildirir ki, qeydiyyatda olduğu ünvana 100 m yaxınlıqda 3 parking, o da 90074, 90073, 90075 məntəqələri yerləşir. Etibarnamə ləğv edilməsi ilə bağlı, Bakı şəhər 46 caylı notariat kontoruna müraciət etmiş, avtomobilimə qarşı etibarnamə qüvvədə olduğu haqqında arayış almışdır. Həmin notarial kontorunda bildirmişdilər ki, 2016-ci ilin etibarnamə ləğv edilib, 2018-ci ilin etibarnaməsi qüvvədədir. Yuxarıda qeyd olunanları, nəzərə alaraq «fərdi parklanma talonu» mənə təqdim edəsiniz. Şikayət etdiyi müddət ərzində vurulmuş cərimələri silərsiniz. Bu ərizədə göstərilən faktları araşdırılması barədə rəsmi cavab verəsiniz. Bir dəfə də, qeyd edir ki, ona məxsus «Chevrolet EPİCA» markalı 99FB425 dövlət qeydiyyat nişanı avtomobildir. Yaşadığı və qeydiyyatda olduğu ünvan AZ1000 ünvan 3dilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, X2 mülkiyyətində olan “Chevrolet Epica minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixədək X4 etibar edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 şikayəti təmin edilmiş, şikayətçi X5 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 oktyabr 2023-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ.bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X3 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Epica minik” markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşayış yerinin qarşısında- Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi 6 saylı binanın qabağında parklamışdır. X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə dəfələrlə ona pulsuz parklanma yerinin ayrılması barədə müraciət etsə də, imtina məktubu almışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli AYN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı əsasında X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar