Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-248/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X8 və onun nümayəndəsi X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* saylı 30 noyabr 2021-ci il tarixli qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 30 noyabr 2021-ci il tarixli, MN № ******* nörməli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 2021-ci il 16 noyabr tarixli, ******* nömrəli protokolda qeyd edilmişdir ki, X8 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqəsi təyinatlı torpaq sahəsisinin bir hissəsində qeyri-yaşayış binası inşa edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 2021-ci 30 noyabr tarixli, MN № ******* nörməli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsini törtəməkdə təqsirli bilinib, 500 manat cərimə edilmişdir. Qərar icra edilməsi üçün Səbail Rayon İcra Şöbəsinə göndərilmiş və həmin Şöbənin icra məmuru tərəfindən 21.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilməklə ona rəsmi qaydada məlumat verilmişdir. İnzibati xəta icaatı üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin normalarının tələbləri baxımından qanunsuz və işin halları baxımından əsassız olduğundan ləğv edilməli və inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Bu aşağıdakılardan irəli gəlir: Birincisi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs olaraq icraatın heç bir mərhələsində iştirakı təmin edilməmişdir. İkincisi, inzibati xəta üzrə tərtib edilmiş sənədlərin heç biri (protokol, qərar və digər materiallar) ona rəsmi qaydada təqdim edilməmiş və bunlardan xəbəri olmamışdır. Yuxarıda qeyd edilən bəndlər üzrə hallar prosessual əsaslı olub İXM-nin 61-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Barəsində inzibati icraat aparılan şəxsin icraatda iştirakının təmin edilməməsi, lazımi qaydada məlumatlandırılmaması və qəbul edilmiş qərarın rəsmi qaydada təqdim edilməməsi, şəxsin özünü müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır, bu isə ümumilikdə icraatın qüsurlu olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bu normanın tələbindən müəyyən olunur ki, inzibati xəta haqqında iş aparan orqan, barəsində inzibati icraatjaparılan şəxsin iştirakını təmin etməli idi, bunun istisnaları da həmin norma ilə müəyyən edilmişdir. Lakin inzibati orqan buna riayət etməmiş, bu isə qəbul edilmiş qərarın qanunsuzluğuna dəlalət edir. Qeyd edilən prosessual əsaslar mübahisələndirilən qərarın ləğv edilməsi üçün yetərlidir. Lakin bununla belə, qərar maddi hüquqi anlamda, yəni İXMnin 3, 6, 53-cü maddələrinin tələbləri baxımından da əsassızdır, əməldə İXM-nin 251.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08.06.2017-ci idə tərtib edilmiş və 09.06.2017-ci il tarixdə təsdiq edilmiş Texniki Pasportda qeyd edilən sahəyə dair aşağıdakılar öz əksini tapmışdır: həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri. Adı- trenojor zalı; tikildiyi il- 2004: tikintialtı sahə -112.0 kv.m.;.,.. Göründüyü kimi inzibati orqan tərəfindən qanunsuz inşa edildiyi iddia edilən sahə müvafiq hüquqmüəyyənedici sənədlər əsasında Dövlət reyestrində qeydə alınmış və qeydiyyat aparan orqan (inzibati xəta üzrə işi aparan orqan da eyni orqandır) hər hansı mübahisə açmamış və ilkin hüquq müəyyənedici sənədlər qaydasında olduğundan, hüquqları qeydə alınmışdır. Dolayısı ilə qeyri-yaşayış sahəsi özbaşına tikili deyil və həmin tikiliyə dair dövlət reyestrində qeyd mövcuddur. Qeyri-yaşayış sahəsinə dair hüquqlar qeydə alındığından, həmin qeydin tamlığı və həqiqiliyi prezumpsiyası da qüvvədədir. Bu vəziyətdə başqa cür mübahisə qanuni və əsaslı deyil. Bundan başqa, atam X9 tərəfindən ərizə ilə Səbail Rayon İcra Hakimiyyətinə müraicət olunaraq ünvan 1 ünvanda, həyətyanı sahədə yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə razılıq verilməsi xahiş edilmişdir. Həmin ərizəyə cavab olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısnın Aparatının 2017-ci il 20 noyabr tarixli, 6-K-39 -166 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanların mənafelərini əsas tutaraq, qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 30 noyabr 2021-ci il tarixli, MN № ******* nörməli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X8 və onun nümayəndəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 30 noyabr 2021-ci il tarixli, MN № ******* nörməli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X2 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* saylı 30 noyabr 2021-ci il tarixli qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 30 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X6 ünvanlanmış 20 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, Komissiya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-cı, Ailə Məcəlləsinin 55-ci maddələrinin tələblərinə əsaslanaraq, yetkinlik yaşına çatmayanların mənafelərini əsas tutaraq, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 18 saylı evin həyatyanı sahəsində yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X6 ünvanlanmış 20 oktyabr 2017-ci il tarixli məktub nəzərə alınmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* saylı 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* saylı 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-248/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-248/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver