Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2484/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən X3 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan EP ******* saylı, 14 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 31, mənzil 11-13 və ünvan 1 ünvanlarında rəaliyyət göstərən "xxxx" MMC-də (MMC) 10 sentyabr 2024-12 sentyabr 2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlama zamanı MMCnin direktoru Şəxs tərəfindən valyuta mübadiləsi məntəqəsinin Xəqani küçəsi, ev 31, mənzil 11-13 ünvanında yerləşən əsas obyektindəki müşahidə kameralarının yalnız 10 sentyabr 2024-cü il tarixinə saat 08:00-dan 14:00-a cədər olan görüntüləri, Nizami küçəsi, B81 ünvanında yerləşən əlavə obyektindəki müşahidə kameralarnın isə yalnız 10 sentyabr 2024-cü il tarixinə saat 00:59-dan sonrakı görüntüləri təqdim olunmuş, müşahidə kameralarnın son 6 ay müddətində qeydə alınan görüntüləri yoxlayıcıya təqdim edilməmişdir. Nəticədə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X2, protokolu müdafiə edərək, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs, işlətdiyi valyuta mübadiləsi məntəqəsində olan kameraların ondan əvvəli sahibi tərəfindən quraşdırılmasını və beləliklə də qeydə alınan görüntülərin ən azı 6 (altı) ay müddətində yaddaşda saxlanılmalı olmasından məlumatsız olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs direktoru olduğu "xxxx" valyuta mübadiləsi məntəqəsində quraşdırılmış qeydə alma görüntüləri ən azı 6 (altı) ay müddətində olan görüntüləri əhatə etmədiyindən həmin görüntülər yoxlayıcıya təqdim edilməmiş və nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan yoxlama haqqında hesabatdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamenti tərəfindən ünvan 1-də fəaliyyət göstərən "xxxx" MMC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən plandankənar, tematik yoxlama keçirilmişdir. Yoxlamanın başlama tarixi 10 sentyabr 2024-cü il və bitmə tarixi isə 12 sentyabr 2024-cü il tarixlərdə olmuşdur. "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarmm aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın (Qayda) 4.6-cı və 4.7-ci bəndlərinə görə valyuta mübadiləsi məntəqəsində xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə müşahidə kameraları quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 6 (altı) ay müddətində qeydə alındığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasında saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2484/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2484/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver