Məhkəmə qərarları › İş №3(009)-2497/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2497/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2497/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə ünvan 1ində anadan olmuş ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1 -ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 23:10 radələrində komendant rejiminin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, iş yoldaşları ilə işdən gec çıxdığından taksi gec gəldiyi üçün vaxtında çata bilməmişdir. 23:10 radələrində polis əməkdaşları onu saxlamış və Polis Bölməsinə gətirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Qeyd olunanlara əsasən, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin sahə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 -ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 517-2.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar