Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2497/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, İbrahimov Anar Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında tənbeh vermə barədə qərar qəbul edilmiş X1 oğlu X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı 15 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinə məhkəmə binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı 15 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 15 iyun 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsinin tələblərini pozduğuna görə 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, habelə müddətin bərpa olunmasını labüd edən hallar göstərilməmişdir, şikayət verən şəxsin hazırkı müraciəti etməkdə sübyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd olunmalı və şikayət baxılmadan ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında tənbeh vermə barədə qərar qəbul edilmiş X1 oğlu X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı 15 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd olunsun. Barəsində inzibati xəta haqqında tənbeh vermə barədə qərar qəbul edilmiş X1 oğlu X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10235808 saylı 15 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılmadan ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2497/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2497/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver