Məhkəmə qərarları › İş №3(009)-2501/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2501/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2501/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X4 atası X1 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə saat 14:17-də Bakı şəhəri, Hacıbabayev Qardaşları 4 ünvanında “Naz Lifan LF 7132/2 320 minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “Naz Lifan LF 7132/2 320 minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində çıxarılmışdır. Lakin iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016cı il tarixdə ölmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki işdə həmin qərardan şikayət X3 tərəfindən deyil, barəsində heç bir inzibati tənbehvermə haqqında qərar qəbul edilməmiş şəxs X4 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Həmçinin iş materiallarından görünür ki, nəqliyyat vasitəsi X4 tərəfindən etibarnamə olmadan idarə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar