Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2504/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X1 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3- 33- 3100/020/023242 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə bağlı bildirilir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına gəlmiş **********3002 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 14257.59 manat olan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmiş malların “Caspian Supporter” gəmisinə istifadə üçün göndərildiyi faktı aşkar olunmuşdur. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM –nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə1 protokolda qeyd edilənləri qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 3- 33-3100/020/023242 nömrəli xx.xx.2025-ci il tarixli raportuna əsasən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına gəlmiş xx.xx.2025-ci il tarixli **********3002 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 14257.59 manat olan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmiş malların “Caspian Supporter” gəmisinə istifadə üçün göndərildiyi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-cü maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, mallar dövlət mülkiyyətinə keçirilənədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən gömrük baxışı zamanı məlum olmuşdur ki, **********3002 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləsdirilərək rəsmiləşdirilmiş müvəqqəti saxlanc anbarında yerləşdirilmiş malların “Caspian Supporter” gəmisinə istifadə üçün göndərildiyi faktı aşkar olunmuşdur və nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1- cü maddəsinin tərkibi var və onun 30% dəyərində cərimə edilməsi növündə inzibati tənbeh təyin olunması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 14257.59 (on dörd min iki yüz əlli yeddi, əlli doqquz) manat məbləğinin 30 (otuz) faizi, yəni 4277.28 (dörd min iki yüz yetmiş yeddi, iyirmi səkkiz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2504/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2504/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver