Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2510/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru Fərid Əsgərovun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır.Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 19 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 19 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokol üzrə, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru Fərid Əsgərov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən səmimi peşiman olduğunu, digər xəta ilə yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə özünü təqsirli bilmədiyini və polisin qanuni tələblərinə tam əməl etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinin Yol Polisi Xidmətinin inspektoru Feyzulla Bayramlı izahatında bildirmişdir ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə Yol Polisi Xidmətinin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol, raport, onun izahatı, iş materiallarında olan video görüntü və məhkəmə iclasında qismən təsdiq edici ifadəsi ilə tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinin Yol Polisi Xidmətinin inspektoru Feyzulla Bayramlı tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli raportdan görünür ki, 19 noyabr 2024-cü il tarixdə saat 02:00 radələrində xidmətdə olduğu zaman tərəfindən Vaz 2107 markalı nəqliyyat vasitəsi saxlanılmışdır. Müəyyən edilmişdir ki sürücünün yanındakı sərnişin Şəxs “Tik-Tok” sosial şəbəkəsində canlı yayın açaraq polislərin şərəf və ləyaqətini alçaldacaq, polisə qarşı nifrət hissi oyadacaq hərəkətlər etmişdir. Həmin sərnişin polisin qanuni əmrinə tabe olmadığı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə gətirilmiş və həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, 19 noyabr 2024-cü il tarixdə saat 02:00 radələrində dostu ilə birlikdə dostuna məxsus Vaz 2107 markalı nəqliyyat vasitəsi ilə Sahil metrosu ətrafında gəzən zaman əvvəlcədən sadəcə tanıdığı Yol Polisi Xidmətinin maşını yanlarından keçmişdir. O, isə Tik Tok sosial şəbəkəsində canlı yayım açaraq maşını sürən dostuna bildirmişdir ki, maşını Yol Polisi Xidmətinin əməkdaşının yanına sürsün və o, həmin Yol Polisi Xidmətinin əməkdaşı ilə mirtlaşsın. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Şəxs, “Tik-Tok” sosial şəbəkəsində canlı yayın açır və insanların izlədiyi həmin canlı yayında Yol Polisi Xidmətinin əməkdaşının ünvanına nalayiq ifadə işlədir. Eyni zamanda iş materiallarında olan protokolun qeyd hissəsində o, törətdiyi əməli etiraf etmiş, əməlindən peşiman olduğunu və bir daha belə bir əməl etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını və polisin ünvanına nalayiq ifadə işlədərək xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati qaydada həbs etmənin əvvəli 19 noyabr 2024-cü il tarixdə saat 02:30-dan hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi var və ona inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 19 noyabr 2024-cü il tarix saat 02:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2510/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2510/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver