Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2511/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11161208 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11161208 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsi Abşeron rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 3(012)- 2286/2024 saylı qərardadı ilə inzibati xətanın Səbail rayon inzibati ərazisində baş verməsi əsası ilə törədildiyi yerdə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, şikayətçi X1 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, mənzil 16 ünvanında qeydiyyatdadır. İş materialları ilə həmçinin müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E230 minik” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı- Şamaxı yolu, “Gəlin Qaya” restoranının qarşısında icbari qaydada sığorta etmədən nəqliyyat vasitəsini idarə etdiyinə görə qərar qəbul edilmişdir. Məhkəmənin verdiyi sorğu əsasında müəyyən edilmişdir ki, Bakı-Şamaxı yolu, “Gəlin Qaya” restoranının qarşısı Səbail rayonunun inzibati ərazisinə aid olmadığı, ünvan ilə bağlı Səbail rayon İcra Hakimiyyətində hər hansı bir məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta Səbail rayonunun inzibati ərazisində baş vermədiyindən, şikayətçi X1 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, mənzil 16 ünvanında qeydiyyatda olduğundan işə aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-ci il tarixli qərarında qeyd edilir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Abşeron rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası inzibati Xətaiar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110,118 və 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Abşeron rayon Məhkəməsindən daxil olmuş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11161208 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2511/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2511/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver