Məhkəmə qərarları › İş №3(009)-2515/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2515/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2515/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri X2, Nümayəndə2 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4cü maddələri ilə təqsirləndirilməsinə dair işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs yaşayış yeri və qeydiyyatda olduğu ünvan ünvan 19)-2515/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yerini müəyyən etmək üçün yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi göstərilmişdir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020- ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3- cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu diqqəti ona cəlb etməyi vacib bilir ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində inzibati xəta haqqında işin baxılması yerini müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsi məhkəmə təcrübəsində mübahisə doğurmur. Beləliklə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərimə əsasən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məxsus AA ******* saylı, FİN xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çip) qeyd edilən Ağdam rayonu, Ağdam şəhəri, İ.Hacıyev küçəsi, ev 43 ünvanı onun yaşayış yeri olduğu müəyyən edilməsi və iş aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 vəsatətin təmin edilməsinə etiraz etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 vəsatətin təmin edilməsinə etiraz etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 vəsatətin təmin edilməsinə etiraz etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, Şəxs yaşayış yeri və qeydiyyatda olduğu ünvan ünvan 2 Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla Şəxs verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, Ağdam Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar